Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 04 Yanvar, 2010 - Published 16:26 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Dubayda dünyanın ən hündür binası açıldı
 
Dubayda dünyanın ən yüksək göydələni açılıb.

Burc Dubay adlanan bu bina 800 metr hündürlüyündədir və onun 160 mərtəbəsi var.

Bina 26 min şüşə paneldən obarətdir və ofis və mənzillər üçün 500 min kvadrat metrlik əraziyə malikdir.

Burc Dubay

Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür.

Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taipei 101 binasından daha hündür olması dəqiqdir.

Binanın tikintisi 1.5 milyard dollara başa gəlib.

Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir.

Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək.

İşərisinin tikintisi tam başa çatmasa da, ərəb dilində qala mənasını verən Burc Dubay şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.

Açılış mərasimi qazıntı işlərinin başlamasından 1325 gün sonra açılıb və mərasimdə 60 min qonaq iştirak edib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik