Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
"Washington Post" : "Dubay malikanələri danışa bilsəydilər"...
 
cumeyra
Palm Cumeyra Britaniya futbol ulduzlarının sevdiyi məkandır
Əgər Dubay sarayları danışa bilsəydi. “Vaşinqton Post” qəzeti Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinin xaricdə milyonlarla dollarlıq mülkiyyət aldıqları iddia edilən məqaləsinin şəkil qalareyasını belə adlandırıb.

Qəzet yazır ki, hətta özünün dəbdəbəsi ilə ad çıxarmış bir şəhər üçün də bu, şıdırğı pulxərcələmə sayıla bilər.

Beləki, Azərbaycandan olan 11 yaşlı uşaq ötən il iki həftənin içərisində Dubayda üzü suya baxan 9 malikanə alıb.

Qəzet yazır ki, malikanələrin ümumi dəyəri 44 milyon dollardır ki, bu pulu qazanmaq üçün adi Azərbaycan vətəndaşı 10 min il işləməlidir.

Dubay Torpaq Departamentinin qeydlərinə görə bu uşağın adı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin oğlu kimi eynilə Heydər Əliyevdir.

“Vaşinqton Post” yazır ki, uşağın doğum təvəllüdü də Azərbaycan Prezidentinin oğlu ilə eynidir.

 ...malikanələrin ümumi dəyəri 44 milyon dollardır ki, bu pulu qazanmaq üçün adi Azərbaycan vətəndaşı 10 min il işləməlidir.
 

Bakı rəsmiləri prezidentin oğlunun, lap deyək ki, başqa bir 11 yaşlı Azərbaycan məktəblisinin Dubayın Britaniya futbol ulduzları tərəfindən sevilən Palm Cümeyra ərazisində saraylar alması məsələsini şərh etməkdən boyun qaçırırlar.

Qəzet yazır ki, İlham Əliyevin ildə 228 min dollarlıq maaşı bu ərazidə balaca bir ev almağa da çatmazdı.

Prezidentin sözçüsü Azər Qasımov Dubayda mülk alqısı ilə bağlı məsələni müzakirə etməkdən boyun qaçırıb.

O, qəzet müxbirinin zənginə "mən bu barədə şərh verə bilmərəm, bu söhbəti burda kəsirəm, Qudbay" deyib.

Cənab Qasımov bundan sonra göndərilən faks, e-mail və mətnli mesajları da cavabsız buraxıb.

 Beləliklə, adları prezidentin uşaqlarının adları ilə eyni olan azərbaycanlılar Dubayda üst-üstə 75 milyon dollarlıq malikanə alıblar.
 

“Vaşiqton Post” yazır ki, ilahi tərəfindən neft və qazla şərəflənmiş bu ölkənin parlaq paytaxtının arxasında geniş yayılmış yoxsulluq durur və Dubay alqısı Azərbaycan elitasının mənimsədiyi və xarcə çıxardığı pulların məbləği barədə konkret məlumat verir.

Qəzet yazır ki, Birləşmiş Ştatların təhlükəsizlik maraqları ilə enerji maraqlarını uyğunlaşdırmaq yolunda Azərbaycan Vaşinqton üçün həmişə dilemma olub.

Qəzet yazır ki, Birləşmiş Ştatları Əfqanıstan və İraqda dəstəkləmək üçün bu ölkələrə qoşun göndərən Azərbaycan, diplomat və ekspertlərin fikrincə mütəmadi olaraq demokratiyadan geri çəkilir.

Qəzet yazır ki, Dubay Torpaq Departamentinin qeydiyyat kitabında indi artıq 12 yaşlı məktəbli Heydər Əliyevin adından başqa Leyla və Arzu Əliyeva adları da var.

Onların doğum tarixini dəqiqləşdirə bilməyən qəzet yazır ki, müxtəlif xəbərlərə görə Leylanın doğum tarixi Azərbaycan prezidentinin qızınin doğum tarixi ilə üst-üstə düşür.

Beləliklə, adları prezidentin uşaqlarının adları ilə eyni olan azərbaycanlılar Dubayda üst-üstə 75 milyon dollarlıq malikanə alıblar.

 Dubayda mülkiyyətləri qeyd olunan və adları eynilə prezident Əliyevin uşaqlarının adları ilə üst-üstə düşən şəxslərin aldıqları malikanələrin dəyəri prezidentin illik maaşının 330 mislinə bərabərdir.
 

Qəzet Dubay dəllallarına istinad edərək iddia edir ki, alqı-satqı Azərbaycanda hakim partiyanı təmsil edən nümayəndələr tərəfindən nəqd pulla reallaşdırılıb.

“Vaşiqton Post” qəzeti müxbirinin suallarına telefonla cavab verən Azərbaycan Xalq Cəbhəsi partiyasının lideri Əli Kərimli deyib ki, "bizim ölkəmizin dünyada ən korrupsiyalı ölkə olduğunu hamı bilir".

Lakin Dubay alqı-satqısı barədə məlumatı eşidəndə hətta müxalifət lideri də təəccüblənib ki, nə əcəb bunu heç gizlətməyə də cəhd göstərməyiblər.

“Vaşinqton Post” yazır ki, sərvəti xaricə çıxarmaq və ondan qazanc götürmək istəyi neftli ölkələrin elitalarına xas cəhətdir.

Onlar bu yolla sərvətlərini siyasi fırtınalardan qorumaq məqsədi güdürlər.

 ARDNŞ-ın keçmiş rəhbəri Sabit Bağırov Əliyevlərin Dubayda mülk alıb-almadıqlarını bilmədiyini söyləyib və əlavə edib ki, mülkləri öz adları ilə almaq onlar üçün olduqca inanılmaz bir şey olardı.
 

Qəzet yazır ki, Obama administrasiyası üçün də Azərbaycanla strateji münasibətlər mühümdür. Məhz buna görə də iki həftə bundan əvvəl Bakıda səfərdə olan Vilyam Börns Bakıya Amerikanı Əfqanıstanda dəstəklədiyi üçün təşəkkürünü bildirib və yayğın şəkildə bildirib ki, “biz həm də demokratik təsisatların möhkəmlənəciyə inanırıq".

“Vaşinqton Post” yazır ki, Dubayda mülkiyyətləri qeyd olunan və adları eynilə prezident Əliyevin uşaqlarının adları ilə üst-üstə düşən şəxslərin aldıqları malikanələrin dəyəri prezidentin illik maaşının 330 mislinə bərabərdir.

Bununla belə, yazır qəzet, - ailənin bəzi üzvlərinin pulu var. Məsələn Leyla varlı Rusiya biznesmenin oğluna ərə gedib. Qəzet bunu da qeyd edir ki, Emin Ağalarov Dubay malikanələri barədə suala cavab verməkdən imtina edib və göndərdiyi emaildə təkcə bunu yazıb ki, arvadı ilə şərikli biznes və mülkiyyəti var, lakin onlar Dubay barədə şərh verməyəcəklər.

“Vaşinqton Post” yazır ki, ARDNŞ-ın keçmiş rəhbəri Sabit Bağırov Əliyevlərin Dubayda mülk alıb-almadıqlarını bilmədiyini söyləyib və əlavə edib ki, mülkləri öz adları ilə almaq onlar üçün olduqca inanılmaz bir şey olardı.

"Onlar bunu bu qədər açıq etməzdilər, bu təxribat da ola bilər"-deyib cənab Bağırov.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik