Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 07 İyul, 2010 - Published 10:02 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Iran Air Avropaya uçuşları davam etdirəcəyini bildirir
 
İran Hava Yolları
İran Britaniya və digər xarici ölkələrin şirkətlərinin onun hava yolları şirkətinə məxsus təyyarələri yanacaqla doldurmaqdan imtina etdikləri barədə İranın rəsmi mediasının yaydığı xəbərləri təkzib edib.

Bununla belə Qərb mediasında yayılan xəbərlərdən görünür ki, ən azı bir xarici şirkət artıq belə bir imtinada bulunub.

BBC xəbər verir ki, həmin şirkət bunu Amerikanın İrana qarşı yeni sanksiyalarına uyğun edərək həyata keçirib.

Bu sanksiyalar ötən həftə prezident Obama tərəfindən imzalandıqdan sonra qanun qüvvəsinə minib.

Əgər sanksiyalar artıq İran aviasiyasına əngəl törətməyə başlayıbsa, deməli bu, olduqca mühüm məsələdir. Bu sanksiyanın ilk təsirini İran təyyarələrinə sərnişin olan iranlılar duymağa başlayıblar. Hərçənd məsələ bir qədər qəlizdir.

İranın rəsmi mediası bazar ertəsi xəbər yaymışdı ki, İran təyyarələrinə Avropa ölkələrindən Britaniya və Almaniyada, Fars Körfəzi ölkələrində və Birləşmiş Ərəb Əmirliklərində benzin vurmaqdan imtina edirlər.

Adıçəkilən ölkələr indi bu xəbərləri təkzib edirlər və İran hökuməti də artıq bu təkzibə şərik olub.

Lakin belə bir xəbər də var ki, Britaniyanın BP şirkəti İran təyyarələrinə yanacaq vurulmasını dayandırıb.

Deməli İran təyyarələri hələ də başqa şirkətlərdən təyyarə yanacağı ala bilirlər, lakin yeni Ameri9ka sanksiyaları bu məsələdə limit qoyur. Bu məhdudiyyət İrana yalnız 5 milyon dollarlıq yanacaq satılmasına imkan verir ki, bununla da çox sayda böyük laynerləri doldurmaq mümkün deyil.

Amerikanın birtərəfli sanksiyaları barədə qanunların təfərrüatları bildirilmir və bu son sanksiyalar barədə qanun da belədir.

Görünür ki, Amerika Qərb neft şirkətlərinin İranla münasibətlərdə, sadəcə əndazəni aşmamasını istəyir.

Beləki təyyarələri yanacaqsız qalan İran onun öz hava limanlarına gələn xarici təyyarələrə eyni məhdudiyyətləri qoya bilər.

Sanksiyaların İran iqtisadiyyatına heç bir təsir göstərmədiyini deyən prezident Mahmud Əhmədinejad üçün o qədər də çox seçim qalmayıb.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik