Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 11 Fevral, 2011 - Published 15:56 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Millət vəkilləri anti-korrupsiya kampaniyasını müzakirə edib
 
parlament
Azərbaycanda korrupsiya problemi artıq uzun müddətdir ki, istər beynəlxalq, istərsə də yerli səviyyədə müzakirə mövzusu olub.

Transparensy İnterneşnl təşkilatı dəfələrlə Azərbaycanın korrupsiyanın səviyyəsinə görə , hesabatlarında tənqid edib.

Ölkədə korrupsiya ilə mübarizə ilə əlaqədar milli strategiya qəbul edilsə də ekspertlər bu istiqamətdə hər hansı irəliləyişin olmadığını dəfələrlə vurğulayıb.

Odur ki, son günlər ölkədə vüsət alan antikorrupsiya tədbirləri millət vəkilləri arasında fikir ayrılığına səbəb oldu.

Bir qisim millət vəkilləri bunun uzun müddət aparılan dövlət siyasətinin bir hissəsi, digəri isə müvəqqəti kampaniya adlandırdı.

Belə ki, Milli Məclisin vitse spikeri Bahar Muradova bildirdi ki, korrupsiyaya qarşı mübarizə sadəcə kampaniya deyil, rəhbərliyin siyasətidir.

Millət vəkili İqbal Ağazadə isə son vaxtlar Azərbaycanda korrupsiya və rüşvətxorluq əleyhinə mübarizə adı altında sadəcə kampaniya aparıldığını deyib.

Millət vəkilinin fikrincə , bu tədbirlərin səmərəliliyi üçün Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına icitmaiyyət nümayəndələri də daxil edilməlidir.

Bu təklifi millət vəkili Fazil Müstafayev də dəstəklədi və artıq parlamentə konkret təkliflər paketinin təqdim edildiyini bildirdi.

Millət vəkili Əli Hüseynovun fikrincə isə korrupsiya ilə mübarizənin məqsədi birdir - inkişaf etmiş ölkələrin sırasına daxil olmaq.

Öz növbəsində parlamentin spikeri Oqtay Əsədov bildirdi ki, prezident İlham Əliyev bu sahədə islahatları genişləndirməyi tövsiyə edib və bu islahatlar fundamental olacaq".

Amma həmsöhbətimiz olan Bakı sakinləri antikorrupsiya tədbirlərinin həyata keçirilməsinə baxmayaraq bu problemin hələ də çözülmədiyini bildirirlər.

Amma rəsmi orqanların verdiyi məlumata görə, korrupsiya faktı ilə əlaqədar demək olar ki, bütün dövlət qurumlarından işdən azad olma faktları olub.

Bu şəxslərin kimliyi, nə üçün işdən çıxarıldığı barədə isə ictimaiyyətə açıqlamalar verilmir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik