Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
Rusiyada Buşəhrin "ən yaxın vaxtda" işə düşəcəyinə əmindilər
 
Buşəhr atom elektrik stansiyası

İranda Buşəhr atom elektrik stansiyasını tikən Rusiyanın Atomstroyeksport şirkətində bildirirlər ki, stansiya ən yaxın vaxtda işə salınacaq.

"İnterfaks" agentliyinə görə, bunu şirkətin prezidenti Aleksandr Qluxov "Strana Rosatom" nəşrinə bildirib.

Qeyd olunur ki, bu ilin mayın 8-də Buşəhrdəki stansiya minimal nəzarət edilən qücə çatdırılıb.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviçə görə, minimal nəzarət edilən səviyyə layihə qücünün 25 faizinə bərabərdi.

Növbəti mərhələ stansiyanın şəbəkəyə qoşulmasıdır və bu da, Rusiya tərəfinin təxminlərinə görə, ən yaxın vaxtda baş verəcək.

İlk əvvəl stansiyanın işə salınması cari ilin aprelində gözlənilirdi, ancaq İran tərəfi fevralda bildirmişdi ki, texniki səbəblər üzündən reaktordakı işlər təxirə salınır.

Hazırda rəsmilərə görə, minimal səviyyə əldə olunduqdan sonra stansiyanın enerji blokunun qücünün yavaş yavaş artırılması işi aparılır.

Ziddiyyətli stansiya

1000 MVt qücündə olan və Fars körfəzi yaxınlığında yerləşən Buşəhr stansiyasının tikilişi hələ 1970-ci illərdə alman mütəxəssizləri tərəfindən başlanmışdı.

İslam inqilabından sonra alman şirkətiylə İran tərəfinin əməkdaşlığı dayandırılmışdı. 1990-cı illərdən bəri stansiyanın tikilişinə Rusiya cəlb olunub.

Stansiyanın istifadəyə verilməsi vaxtı bir neçə dəfə keçirilib.

Bir sıra müşahidəçilərə görə, burada siyasi amil də öz rolunu oynayıb.

Qərbdə bir çox rəylərə görə, İran Buşəhr stansiyasından öz nüvə layihəsində istifadə edə bilər və ümumən Tehranın əsas məqsədi dinc nüvə enerjisi yox, atom silahını əldə etməkdir.

Rəsmi Tehran bunu qətiyyətlə inkar edir.

Moskva öz növbəsində bildirir ki, stansiyanın tikilişi tamamilə beynəlxalq normalara cavab verir və Beynəlxalq Atom Enerjisi üzrə Agentlik BATENA-nın tam nəzarəti altında aparılır.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik