Lülilər: Mərkəzi Asiya qaraçıları kimdir - şəkillər

Rusiya və Tacikistan fotoqrafçısı Akmal Usmanovun fotoreportajı Mərkəzi Asiya qaraçılarının həyatına nəzər salır.

Şəklin alt yazısı,

BBC Rus Xidmətinin müxbiri Anora Sarkorovaya danışan Akmal Usmanov deyir ki, qaraçılar Mərkəzi Asiya xalqları ilə minilliklər ərzində birgə yaşasalar da kifayət qədər qapalı icmadırlar. Bu adamların həyat tərzi maraq və diqqətə layiqdir.

Şəklin alt yazısı,

Anisa və onun bacıları. Yüziliklər boyunca başqa xalqlarla yan-yana həyat əlbəttə ki, qaraçıların xarici görünüşünə öz təsirini göstərib: ABŞ, Britaniya və hətta rus qaraçıları demək olar ki, hindistanlı sələflərinə oxşamırlar. Hərçənd ki, lüli qaraçılarında belə oxşarlıq nəzərə çarpır.

Şəklin alt yazısı,

Adətən ailənin sərvəti evin daxilində, gözə dəyməyən yerdə saxlanılır. Üzərdə isə qaraçılar təvəzökar həyat yaşayır, var-dövləti nümayiş etdirmirlər.

Şəklin alt yazısı,

"Zaman onların həyat təzrini dəyişmir, sadəcə olaraq onu həyata ahəngləşdirir. Bir çox ailə kənd təsərrüfatı və sabit gəlir gətirən maldarlıqla məşğul olmağa başlayıb”, - Akmal Usmanov deyir. Qaraçılar tarlada işlərin sona çatmasını araqla “yuyurlar”.

Şəklin alt yazısı,

Ailələr ənənəvi olaraq çoxuşaqlıdır. Onlar adətən varlı olmasa da, qənaətcildir. Bu Moskviç maşını 40 yaşındadır. Onu istehsal edən zavod və ölkə artıq yoxdu, lakin avtomobil hələ də işlədilir.

Şəklin alt yazısı,

Lülilər – sistemdən kənarda yaşayırlar. Onlar üçün dövlət və sərhədlər mövcud deyil. Başqa qaraçılar kimi köçəri olan lülilər kənd təsərrüfatına meyl göstərməyiblər. Lakin Tacikistanda həyat öz qaydalarını diktə edir. Lülilər qədim peşələrilə yanaşı kənd təsərrüfatı kimi yeni sahələrə də meyl salırlar.

Şəklin alt yazısı,

Lülilər Novruz bayramında: Qaraçılar öz ənənələrini qoruyub saxlasalar da məskən saldıqları yerlərin ənənələrini də mənimsəyirlər.

Şəklin alt yazısı,

Naim-aka Tacikistanda şimalında yaşayan lüli qaraçılarının ən nüfuzlu nümayəndələrindən biridir. O, bizneslə yanaşı hissar qoyunlarının yetişdirilməsilə məşğuldur.

Şəklin alt yazısı,

Gənclərə uşaqlıqdan yaşlılara hörmət hissi aşılanır. Bu münasibətlər sisteminin mütləq tərkibidir.

Şəklin alt yazısı,

Mərkəzi Asiya qaraçıları arasında ənənələrə riayət edirlər. Belə ənənələrdən biri də yeni işi əvvəlində qara toyuğun kəsilməsini nəzərdə tutur.

Şəklin alt yazısı,

Lülilər cəmiyyətində qadınların üstünlük təşkil etdiyi madərşahlıq hökm sürür. Ailədə həlledici sözün sahibi yaşlı qadındır. Bir çox halda ana və nənələr falçı olur.