Şəkillərdə: Quranın nadir əlyazma kolleksiyası

Müsəlmanların müqəddəs kitabı - Quranın nadir əlyazma kolleksiyası Tacikistanda milli kitabxanada saxlanılır. Bütün foto və mətn BBC Rusca Xidmətindən Anora Sarkorovaya aiddir.

Şəklin alt yazısı,

Müsəlmanların müqəddəs kitabı - Quranın nadir əlyazma kolleksiyası Tacikistanda milli kitabxanada saxlanılır. Kitablar XIII - XX əsrlərdə Şərqin ən yaxşı xəttatları tərəfindən yazılıb. Kitabların bir neçə nümunələri fars-tacik dilinə tərcümə olunub. (Bütün foto və mətn Anora Sarkorovaya aiddir)

Şəklin alt yazısı,

Quranın ən kiçik nümunəsi 1.6 qramdır. Kitabın uzunluğu 1.8 santimetr, eni 1.2 santimertdir. 292 səhifəlik kitabın hər səhifəsində 12 sətr mövcuddur. Kitab ötən əsrin əvvəllərində Kazanda bir nümunə olaraq buraxılıb.

Şəklin alt yazısı,

Quranın ən böyük nümunəsi isə XIX əsrə aiddir. Nəşr yeri və xəttatın adı bəlli deyil. Ərəb xəttatlığı Quranın nüsxələrinin çıxarılması əsasında inkişaf edib.

Şəklin alt yazısı,

Şərqdə inanılırdı ki, Quranı köçürən insanın günahları bağışlanır. Bu səbəbdən bir çox Orta Əsr hökmdarları bu müqəddəs kitabın üzünün köçürülməsinə əmr verirdi. Fotoda gördüyünüz bu əlyazma XIV əsrdə farsca yazılıb. Müəllifi naməlumdur. Xəttat qızıl suyu qatılmış xususi məhluldan istifadə edib.

Şəklin alt yazısı,

Quran insanların və heyvanların rəsmlərini qadağan edir. Müsəlman qaydalarına görə, fotolardan Allaha dua etmək böyük günahdır. Hərçənd xəttatlara yazmaq icazəsi var idi, baxmayaraq ki, əl yazısı xüsusi texnika ilə rəsmlər üzərində yazılırdı. Quranın nüsxəsini hazırlamaq üçün Məkkəni ziyarət etmiş mürəkkəb daha qiymətli sayılırdı.

Şəklin alt yazısı,

Bu kitabxanada diqqəti çəkən başqa bir kitab, X əsr məşhur fars-tacik şairi Firdovsinin "Şahnaməsi"dir. Farscadan tərcümədə "Şahnamə" - "Şahların Kitabı" və ya "Şahlar haqqında kitab" deməkdir. Bu kitabda İslama qədərki İran tarixindən bəhs olunur. "İliada" və "Odisseya"dan iki dəfə böyük olan bu poema 55 min beytdən ibarətdir. Milli kitabxanada həmçinin miniatürlərlə bəzədilmiş XVI əsrə aid əlyazma mövcuddur.

Şəklin alt yazısı,

Tacikistanda milli kitabxana 2012-ci ildə açılıb. Bura Mərkəzi Asiyada ən iri kitabxanadır. 9 mərtəbəli bu bina açılmış kitabı xatırladır.

Şəklin alt yazısı,

Milli kitabxananın şərq əlyazmaları və nadir nümunələr şöbəsinin rəhbəri Rəcəbəli Məhəmmədi deyir ki, kitabların saxlanılması üçün temperatur +20 dərəcəni keçməməlidir. "Bu kitablar xüsusi münasibət tələb edir. Biz ziyarətçilərdən foto işıqdan istifadə etməməyi xahiş edirik. Tez-tez kitabları vərəqləmək də lazımdır, çünki zaman öz işini görür. Bu kitablar nadirdir. Miniatürün yazılması zamanı xəttatların istifadə etdiyi rənglərə baxın. İndi belə təbii rənglər, hazırlama sirləri itib-batıb".