Ölən ananın qızına məktubu kitab mağazasında tapılıb

Məktub
Image caption Məktub ikinci əl kitablar satan mağazaya verilən kitablardan birində tapılıb

Ananın ölməzdən öncə azyaşlı qızına yazdığı məktub ikinci əl kitablar satan mağazada, kitabların arasında tapılıb.

Bishop Auckland şəhərində Bondgate Books kitab mağazasının sahibi Gordon Draper ümid edir ki, məktubu və ona əlavə olunmuş şəkli onun əsl sahibinə qaytara biləcək.

Məktub "Bethany" adlı qıza yazılıb və onu yazan, "sinəsi çox pis ağrıyan" qadın məktubda deyir: "Məni unutma, çünki hər zaman sənin anan olaraq qalacağam".

Cənab Draper deyir: "Düşündüm ki, [məktubla bağlı] mütləq nə isə etməliyəm".

Fotonun müəllifi Ailə fotosu
Image caption Bu foto da məktubla eyni zərfin içərisində olub.

O əlavə edib: "Ümid edirəm ki, biz Bethany-ni tapacağıq və məktbu ona qaytaracağıq. İndi yeganə arzum odur ki, məktubu ona ünvanlanan şəxsə qaytarım".

Məktub, mağazaya satılmaq üçün verilən kitab qalağının içərisindən düşüb.

Məktubda yazılıb: "Əgər bunu sənə atan oxuyursa, demək ki, mən artıq ölmüşəm və mələklərlə yaşamaq üçün cənnətə getmişəm".

Məktubun müəllifi yazır ki, sinəsindən əməliyyat olunsa da, heç bir fayda verməyib.

"Sənin yaxşı olduğuna əmin olmaq üçün mən həmişə göylərdə olacağam və oradan sənə baxacağam, odur ki, nə zaman göylərdə Twinkle twinkle Little Star uşaq şerində olduğu kimi parlaq bir ulduz görsən, bil ki, o mənəm".

"Ümid edirəm ki, məni unutmayacaqsan, çünki mən həmişə sənin anan olaraq qalacağam".