Britaniya tarixində ölülərlə şəkil çəkdirmək ənənəsi
- Bethany Bell
- BBC News

Şəklin mənbəyi, .
Victoria dövründə Britaniyada çoxuşaqlı ailələr geniş yayılmışdı və uşaq ölümlərinin sayı da çox idi. Bu fotodakı ən kiçik uşaq əslində ölüdür və dəstəklə ayaq üstündə saxlanılıb
Kraliça Victoria dövründə (1837-1901) Britaniyada ölülərlə şəkil çəkdirmək ənənəsi geniş yayılmışdı. Yaxınlarını itirənlər, onları əbədiləşdirmək üçün son bir dəfə də ölüləriylə şəkil çəkdirirdilər.
Bu cür fotolar insanları narahat edir, onlara qəribə təsir göstərir. Ölülərlə birlikdə poza verən ailələr, yatmış kimi görünən uşaqlar və zərif bir şəkildə yastlanmış gənc qadınlar.
Victoria dövründə xəstəlikdən ölənlərin sayı çox olurdu. Difteriya, yatalaq, vəba xəstəlikləri ölkədə çoxsaylı ölümlərə yol açırdı. 1861-ci ildə sonra isə Kraliça yeni bir növ ölüm dəbi yaratdı.
Əslində "memento mori - öləcəyini unutma" əşyaları Victoria dövründən əvvəl də fəqrli formalarda mövcud idi.
Şəklin mənbəyi, .
Foto çəkilişlərində uzun vaxt ərzində hərəkətsiz olan ölülər yanlarındakı canlılardan daha dəqiq görünürdülər
Şəklin mənbəyi, .
Fotostudiyalarda ölülərlə çəkilmiş şəkillər yaxınlarına açıqca halında təqdim olunurdu
Şəklin mənbəyi, Ann Longmore-Etheridge Collection
Bəzi fotolarda ölünü daha canlı göstərmək üçün çap zamanı bir sıra çəkiliş üsullarından istifadə olunurdu
Ölülərin kəsilən saçları boyunbağı və ya üzüklərdə saxlanılır, mumdan ölüm maskaları hazırlanır və portret və heykəllərdə ölümün simvolları yer alırdı.
Lakin 1800-cü illərin ortalarında fotoqrafiya məşhurlaşmağa və ucuzlaşmağa başladı. Beləliklə də memento mori şəkilləri ortaya çıxdı.
Əslində fotoqrafiya yenə də bahalı bir lüks idi, lakin portretdən daha ucuz başa gəlirdi.
Şəklin mənbəyi, .
Bu fotodakı ekizlərdən bir ölü, digəri isə sağdır. Ölü körpənin ətrafında güllər qoyulub
Şəklin mənbəyi, Ann Longmore-Etheridge Collection
İki bacı ölmüş analarının yanında, ortada ölmüş körpəsi üçün yas saxlayan ata. Sağdakı qadın isə ölmüş uşağını saxlayıb
Şəklin mənbəyi, .
Ailəvi foto. Yerdə yatmış kimi görünən uşaq əslində ölüdür
Victoria dövründə qızılca, difteriya, qızılazar və məxmərək xəstəlikləri geniş yayılmışdı və uşaqlar arasında tələfat çox idi.
Uşaqlarının şəkillərini çəkdirib, xatirələrini yaşatmaq ailələrin ağlına əsasən ölümdən sonra gəlirdi.
Lakin tibbdə inkişaf uşaq ölümlərinin sayını azaltdıqca, ölüm fotolarına tələbat da azaldı.
Şəklin mənbəyi, .
Fotodakı uşağın gözləri rənglənib. Kiçik qız isə oyuncaqları ilə birgə yatmış kimi görünür
Şəklin mənbəyi, .
Bir yaxının ölümü əsasən ailə fotolarının çəkilməsinə səbəb olurdu. Çünki bu, ölən bir uşağın şəklinə sahib olmaq üçün son şans idi
Şəklin mənbəyi, .
Memento mori fotoları təkcə Britaniyada populyar deyildi. Bu şəkillər Avstraliyada çəkilib