Britaniyada 1949-cu ildən bəri ən isti sentyabr günü: +32.8 C

Brighton

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Brightonda bu səhər günəş vannası qəbul edənləri sayı çoxalıb

Bügün Böyük Britaniyada 1949-cu ildən bəri ən isti sentyabr günüdür - Londonun Heathrow hava limanının yaxınlığında temperatur +32.8C-ə çatıb.

İsti hava şəraiti İngiltərədə cümə gününə kimi davam edəcək.

İctimai səhiyyə xidmətləri xəbərdarlıq edib ki, belə hava insanların sağlamlığına ziyanlı ola bilər.

Buna baxmayaraq, Britaniyanın bəzi yerlərində güclü yağışlar da proqnozlaşdırılıb. Şimali İngiltərə və Şotlandiyanın cənub-şərqində mövsümi yağışlar və ildırim gözlənilir.

Bəzi yerlərdə daşqınlarla əlaqədar nəqliyyat yollarında tıxaclar yarana bilər, Metrologiya Xidməti bildirib.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Londonda insanlar parklarda özünü günəşə verir

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Brighton-da çimərlik insanlarla doludur