London metrosunda reklam pişik şəkillərilə əvəzlənib
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

London metrosunda reklam pişik şəkillərilə əvəzlənib

İctimai maliyyələşməni cəlb edən (kraudfanding) Glimpse təşkilatının fəalları Londonun Clapham Common metropoliten stansiyasında bütün reklam lövhələrini pişik şəkillərilə əvəzləyiblər.

Layihə Citizens Advertising Takeover Service (Reklamın ələ keçirilməsi üzrə vətəndaş xidməti - CATS) adını qazanıb.

Fəallar deyirlər ki, məqsəd dünyaya yeni gözlə baxmaq və reklamın dəyişdirilməsinin mümkünlüyünü xatırlatmaqdır.