Rusiyada pornosaytlara giriş qadağası "qurşaqdan aşağı zərbədir"

  • BBC Trending
  • Nə və harda populyardır?
Compüter
Şəklin alt yazısı,

Rusiyada iki pornoqrafiya saytına giriş qadağan edilib.

Rusiyada iki qlobal pornosayta qoyulan giriş qadağası bəzi internet istifadəçilərini məyus edib.

Qadağa ilə bağlı Roskomnadzor agentliyinin şərhi bu nəzarətçi idarənin adi bir dövlət orqanı olmadığını göstərir.

Beləki Roskomnadzor narazı qalan pornoqrafiya həvəskarlarının tənqidlərinə ötənilki tviti ilə cavab verib.

"Əzizim Lyolya, alternativ kimi həqiqi həyatda birisilə görüşmək olardı!"

Bundan əvvəlki tvitdə isə "Əziz internet həvəskarları bu məsləhət hələ də qüvvədə qalır" deyilir.

Şəklin alt yazısı,

Roskomnadzor öz məsləhətini təkrar tvit edib

Qadağa barədə qərar Voronej və Vladivostok məhkəmələrinin hökmünə əsaslanır. Məhkəmə məlum olan həqiqəti təsbitləyərək vebsayt vasitəsilə "pornoqrafik materrialların yayıldığını" qeyd edir.

Saytlara giriş qadağası internet aləmində yumorla qarşılanıb.

Pussy Riot qrupunun aparıcı müğənnisi Nadiya Tolokonnikova qərarı kinayə ilə "qurşaqdan aşağı zərbə" adlandırır.

"Hökumət daxili istehsalçını dəstəkləyir", Tolokinnikova adlı başqa bir sosial media istifadəçisi hökumətin addımını müdafiə edərkən tvitləyib.