Nə qızam, nə də oğlan - 10 yaşlı uşağın hekayəsi

Leo-nun 10 yaşı var. O, ömrünün böyük hissəsini qız kimi keçirsə də bu yay qərar verib ki, belə yaşamağın ona rahat gəlmədiyi barədə açıq danışmaq vaxtıdır.
Valideynlərinin araşdırmalarının köməyilə o qərar verib ki, iki ayrı cins anlayışı ona uyğun gəlmir - o, həm kişi cinsindən, həm də qadın cinsindən olduğunu deyir. Amma hazırda o, oğlan geyimini seçir və özünə oğlan adı verib. Bu, Leonun hekayəsidir - onun öz sözlərində.
Mən oğlan deyiləm.
Mən elə bilirdim ki, oğlanam, çünki tam olaraq qız da deyiləm. Bununla bir az eksperiment etdik və düşündüm ki, "yox, bu düzgün deyil".
Bundan sonra bir az araşdırma apardıq və gördük ki, "qeyri-binar" sözündən istifadə olunur... və doğrudan da, alınır - sadəcə mənəm.
Bilmirəm özümü belə yanlış hiss etməyə başlayanda neçə yaşım var idi.
Əslində birinci, müəlliməmlə danışdım. Kefim çox pozulmuşdu... soruşdum ki, hazırladığımız tamaşada niyə qızlar oğlanların rolunda ola bilmir. Düzgün deyildi.
Mən onu bir tərəfə çəkdim və dedim: "Mən qız deyiləm".
O, yalan dediyimi düşünmürdü. Amma bu hal o qədər nadirdir ki, məncə o tam olaraq da özümü bu cür hiss etdiyimə inanmırdı.
Məsələni anama da dedim. Bilirdim ki, mama məni tam olaraq dəstəkləyəcək, amma hələ özümü necə hiss etdiyim barədə əmin deyildim.
Ona görə də düşündüm ki, bir az gözləyim, əmin olum. Sonra isə düşündüm ki, bunun da heç bir mənası olmayacaq.
Narahat idim.
Mama mənə qulaq asırdı. Ona çox maraqlı idi.
"Oğlan olsaydın adını necə qoyardın? Həmişə daha çox oğlanları bəyənmisən, gey kişi olardın yoxsa?"
Bəzi ailələrdə adamlar sadəcə gülür, onlar inanmır. Ya da bilmirlər necə reaksiya versinlər və buna görə də heç reaksiya vermirlər. Bilmirəm belə olsaydı nə edərdim...
Ona görə mənin bəxtim gətirib. Necə də gözəldir ki, mənim belə gözəl valideynlərim var.
Məktəbdə hamı sadəcə əla idi. Müəllimə sinifdə hamıya bu barədə danışdı, dostlarım da deilər ki, "çox maraqlıdır!".
Bizim 10 və 9 yaşımız var, əslində heç nəyə təsir etmir.
Sadəcə oynayırıq, şəxsi məsələlər barədə danışmırıq.
Mən dostlarımdan birilə - o qızdır - oynayırdım.
Bir dəfə o məndən soruşdu: "Deməli sən oğlansan?"
Şəklin mənbəyi, Alamy
"Qeyri-binar yeniyetmələr mövcuddur və biz əhəmiyyətliyik" - Atlanta Pride paradında plakat daşıyan gənc
"Yox, mən nə oğlanam, nə də qız. Mən qeyri-binaram, ortadayam".
O dedi: "Deməli sən heç biri deyilsən?"
Əslində mən düşünmürəm ki, heç biri deyiləm. Mən hər ikisiyəm.
Mən çox istəyirəm ki, oğlanların tualetindən istifadə edim, çünki bu, qızların tualetindən istifadə etməkdən daha düzgündür. Mənə icazə vermirlər amma məncə verməlidirlər.
Başa düşürəm, çünki bu tualetlərə gedən daha yaşlı oğlanlar da var və onları narahat edə bilər ki, bəzi yerləri onlardan fərqli olan biri orada olsun.
Hələ də düşünürəm ki, "oğlan" düz səslənmir. Mənə "o" kimi müraciət edəndə daha rahat oluram, amma şalvar barədə danışanda mənim cinsimə diqqət yetirirlər.
Mən böyüyəndə bununla bağlı yenə qərar verəcəm.
İki cins üçün bədən yoxdur. Amma istərdim ki, ortada nəsə olsun.
Böyüyəndə "mən qız deyiləm" demək daha da çətin olacaq.
Hazırda lifçik geyinirəm. Amma idman köynəyi geyinsəm o qədər də lazım deyil.
Adamlar əsasən döşlərə fikir verir.
Onlar "oğlan" yaxud da "qız" deyəndə onların səhvini düzəldirəm.
Deyirəm ki, "Üzr istəyirəm, mən nə qızam, nə də oğlan". Vəssalam.
Onlar sual verəndə mən onlara cavab verirəm, amma məsələnin diqqət mərkəzində olması lazım deyil.
Mənim bundan başqa o qədər maraqlı cəhətlərim var ki.
Saqqalın olmasını çox istərdim. Bu ideya çox xoşuma gəlir.
İstəsən başından saç götürüb çənəyə qoya bilərsən və saqqal kimi uzanmağa başlayır.
Qız bədənilə doğulan adamlar bunu edir. Dostumun atası mənə dedi ki, bu alınır. Bəlkə də o, səhv edir.
Yaxşı olardı ki, bunu kişi hormonları əlavə etmədən, hormonları bloklamadan etmək mümkün olsun. Amma yenə də adamlar deyəcəklər ki, "o KİŞİNİN saqqalına bax".
İstəmirəm ki, adamlar məni ya o, ya da bu cinsə aid etsinlər.
Amma bilirəm ki, onlar bunu edəcəklər. Bundan qaçmaq mümkün deyil yəqin.
İndi özümü daha yaxşı hiss edirəm. Bir az rahatam indi, utanmadan bu barədə danışa bilirəm.
Mənə lazım deyil ki, adamlar başa düşsün.
Mənə lazımdır ki, adamlar kobud olmasın.