Marion Cotillard Brad Pitt-lə bağlı şayiələri rədd edir

Marion Cotillard

Şəklin mənbəyi, Reuters

Marion Cotillard Brad Pitt-lə Angelina Jolie-nin boşanmasından danışaraq bildirib ki, bu boşanmada onun heç bir rolu yoxdur.

Fransız aktrisa şayiələrə İnstagram vasitəsilə cavab verib.

"Mən həyatımın kişisi ilə çoxdan tanış olmuşam. O mənim sevgilim, ən yaxın dostum və ehtiyacım olan yeganə insandır," o deyib.

Cotillard həmçinin bildirib ki, əri Guillaume Canet-lə ikinci uşağı olacaq.

Jolie bazar ertəsi aralarındakı "ciddi fərqləri" səbəb gətirərək boşanma ərizəsi ilə müraciət edəndən sonra 40 yaşlı bu aktrisanın şəxsi həyatı gündəmə gəlib.

Cotillard və Pitt

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Cotillard və Pitt İkinci Dünya Müharibəsi haqqında çəkilmiş yeni filmdə rol alıblar

"Bu, 24 saat əvvəl yayılmış və adımın hallandığı xəbərə ilk və son reaksiyam olacaq," Cotillard deyib.

"Mən adətən bu cür mövzuları şərh etmirəm və ya onları ciddi qəbul etmirəm, lakin xəbər geniş yayıldığından və sevdiklərimin həyatına təsir etdiyi üçün danışmalı oldum," o deyib.

Pitt çərşənbə günü People jurnalına bildirib ki, o, boşanmaya görə "çox məyusdur" və deyib ki, "indi ən vacib məsələ uşaqlarımızın həyatıdır".

Jolie-nin vəkili bildirib ki, bu qərar "ailənin rifahı üçün" verilib.