Hakerlər Michelle Obamanın pasportunu hədəfə alıb

ABŞ-ın Birinci Xanımı Michelle Obama

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Ağ Ev deyir ki, Michelle Obamanın pasportunun surətinin onlayn çap edilməsilə bağlı "kiber müdaxilə"ni araşdırır.

Ağ Ev deyir ki, Michelle Obamanın pasportunun surətinin onlayn çap edilməsilə bağlı "kiber müdaxilə"ni araşdırır.

Pasportun surəti Ağ Ev işçisinin Gmail hesabından götürülüb, sözçü bildirib.

Çap edilmiş başqa gizli məlumatlara işçilərin doğum tarixi, adları, sosial sığorta nömrələri və səyahət sənədləri aiddir.

Ağ Ev hələlik sənədlərin həqiqiliyini təsdiqləməyib.

Prezidentin və Birinci Xanımın qorunmasına cavabdeh olan Məxfi Xidmət bildirib ki, o belə təsadüfi kiber hücumdan "şübhələnir".

İyul ayında hakerlər Demokratik Milli Komitənin emaillərini ələ keçirib. Bu, komitənin sədri Debbie Wasserman Schultz-un istefa verməsinə səbəb olub. Hücuma görə dövlət tərəfindən maliyələşdirilən rusiyalı hakerlər ittiham edilib.