Avstraliya: polis ombalarını göstərmək istəyənlərə qadağa qoyub

Sakinlər Melbourne şəhərindəki bu abidənin yanından keçirlər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Sakinlər Melbourne şəhərindəki bu abidənin yanından keçirlər

Avstraliyada polis ombalarını nümayiş etdirmək istəyən qrupa xəbərdarlıq edib ki, günədəyməzinizi qapalı saxlayın yoxsa cinayət işi açılacaq.

Bir qrup şəxs ombanı nümayiş etdirməyi qadağan edən qanununa etiraz olaraq oktyabrın 8-də aksiya keçirməyi planlaşdırır.

Bütöv ayın görünməsindən bir gün sonraya planlaşdırılan aksiya iştirakçıları ombanı nümayiş etdirmə haqqını tələb edirlər.

Polis isə bildirib: "Bizim parlament binasının önündə görmək istədiyimiz yeganə ay oktyabr ayındakı 8 günlük aydır".

Qanuna edilmiş dəyişikliyə görə "çılpaq qaçmaq və omba nümayiş etdirmək" qadağan edilir. İlk dəfə törədilən cinayətə görə iki aylıq həbs cəzası gözləyir, təkrarlanacağı təqdirdə isə qanunu pozanlar üçün altı aylıq həbs cəzası nəzərdə tutulub.

Narazı "omba göstərənlər" aksiyanı Facebook tədbiri kimi yaradıblar.

"Victoria-da omba nümayiş etdirməyə qoyulmuş bu qadağanın ardından biz yeni qanuna [nifrətimizi] nümayiş etdirməyi qərara almışıq," qrup sosial media vasitəsilə bildirib.

Cavabında isə Victoria ştatının polisi qrup üzvlərindən şalvarlarını əyinlərində saxlamağı tapşırıb.

"Təklif edirik ki, şalvarınızı əyninizdə saxlayın və səhifəni qapadın, yoxsa cinayət məsuliyyətinə cəlb oluna bilərsiniz," Victoria polisi Facebook vasitəsilə bildirib.