Gey iftixar bayrağı fəzaya qaldırılıb

Şəklin mənbəyi, YouTube/PlantingPeace
Qeyri-kommersiya təşkilatı istəyir ki, gey icması özünü kainatın hər yerində təhlükəsiz hiss etsin
Gey qürurunu əks etdirən göyqurşağı bayrağı hava şarından istifadə etməklə fəzaya göndərilib.
"Dünyada sülh axtarışında olan" ABŞ-da mənzillənmiş qeyri-kommersiya təşkilatı "Planting Peace", bayrağı 17 avqust tarixində Wisconsin ştatının Milwaukee şəhəri yaxınlığında səmaya buraxıb.
Hava şarı üç saat ərzində yerdən 34.1 km qalxaraq GoPro kamerası vasitəsilə video çəkiliş edib.

Şəklin mənbəyi, YouTube/PlantingPeace
Hava şarı üç saat ərzində bayrağı fəzada saxlayıb
Hava şarı və bayraq daha sonra yerə enib. Kameranın çəkdiyi kadrlarda fəzadan planetin səthi və bayrağın arxasından işıq saçan günəş görünür.
Qeyri-kommersiya təşkilatı bunları deyib: "Bu addımın əsas məqsədi LGBTQ [Lezbiyan, Gey, Biseksual, Trans və Eynicinsli] ailəmizin fundamental insan haqları uğrunda mübarizəsinə dəstək göstərməkdir. Bu bizi, bütün insanların ayrıseçkiliyə və qorxuya məruz qalmadan azad yaşamamağa layiq olduğu fikrinə yaxınlaşdırır".
Təşkilat əlavə edib ki, nümayiş həm də gey icmasının kainatın hər yerində təhükəsiz məkana ehtiyacı olduğunu vurğulamaq üçün həyata keçirilib.
Planting Peace gey haqlarının müdafiəsi ilə yanaşı, dünya boyunca humanitar yardım layihələrini və ətraf mühütün mühafizəsi təşəbbüslərini həyata keçirir.