Çində şüşədən hazırlanmış şəffaf tualetlər

Tualetlər meşə ilə əhatə olunub

Şəklin mənbəyi, Barcroft

Şəklin alt yazısı,

Tualetlər meşə ilə əhatə olunub

Çinin şüşə turizminə olan son aludəçiliyi, şüşədən hazırlanmış şəffaf tualetlərə gətirib çıxarıb.

Şiyan gölü yaxınlığında yerləşən tualetlərdən həm yaxınlıqdakı meşənin gözəl mənzərəsini, həm də tualetdən istifadə edən digər insanları seyr etmək mümkündür.

Hətta qadın və kişi tualetləri arasında azacıq tutqun şüşə divarlar var.

Lakin dövlət mediasının verdiyi məlumata görə, açılış günündə yalnız bir neçə nəfər bu tualetlərdən istifadəyə cəsarət edib.

Şəklin mənbəyi, Barcroft Images

Şəklin alt yazısı,

Sidik unitazları arasındakı maneələr də şüşədən hazırlanıb

Çində son illər ərzində bir neçə şüşədən körpülər və yollar salınsa da, bunun ölkədə şüşədən hazırlanmış ilk tualet olduğu güman edilir.

Lakin bu yaxınlarda Çinin Hunan əyalətində universitet yataqxanasındakı kişi tualetlərindən birinin şüşədən hazırlanması ilə bağlı xəbər yayılmışdı.

Şəklin mənbəyi, Barcroft

Şəklin alt yazısı,

Bu tualetlərin təmizləyicisi kimi işləmək üçün gərək hündürlükdən qorxmayasan

Şəklin mənbəyi, Barcroft

Şəklin alt yazısı,

Hətta qadın və kişi tualetləri arasında azacıq tutqun şüşə divarlar var

Bu, şüşədən hazırlanmış şəffaf tualetlər onlayn müzakirələrə səbəb olub.

Dövlətə məxsus CCTV kanalının tualet barədə Facebook paylaşımına Ejike Nnadi adlı istifadəçi bu cür şərh yazıb: "Dəhşət".

Bəziləri isə ideyaya daha maraqla yanaşıb. "İnsanın tualetə ehtiyacı olanda hər şeyə dözmək mümkündür," postlardan birində deyilir.

Şəklin mənbəyi, Barcroft

Şəklin alt yazısı,

Bu tualetlər həm də çox işıqlıdır

Tina Çen isə bu cür layihələr haqqında münasibətini bölüşüb: "Məsələ utanmaqda deyil, sadəcə kiminsə sağa-sola xərcləmək üçün çoxlu pulu var".

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Çində şüşədən hazırlanmış tikililər turistlərin şəkil çəkdirdiyi məkana çevrilib

Narahatlığından asılı olmayaraq bir şey aydındır ki, bu tualetlər turistlərin bölgəyə gəlişini artıracaq.