Türkiyənin məşhur pişiyi Tombiliyə heykəl qoyulub

Tombilinin heykəli

Şəklin mənbəyi, Anadolu Kedisi

Şəklin alt yazısı,

Anadolu Kedisi Layihəsi Dünya Heyvanlar Günündən heykəlin açılışını həyata keçirib.

İstanbulda Tombili adlı məşhur pişiyə heykəl qoyulub.

Şəhərin Ziverbey rayonunda sevilən bu pişik xarizması ilə sosial medianın da diqqətində idi.

Bu il avqustun 1-də ölən pişiyə heykəl qoyulması ideyasını Anadolu Pişiyi Layihəsi irəli sürüb.

Şəklin mənbəyi, Anadolu Kedisi

Şəklin alt yazısı,

Anadolu Kedisi Layihəsi bu barədə öz bloqunda məlumat verib.

Kadıköy Bələdiyyəsinə ünvanlanmış petisiyanı 17 mindən çox adam imzalayıb.

Heykəl könüllü memar Seval Şahinə aiddir. Abidə Tombilinin gününün çox hissəsini keçirdiyi yerə qoyulub.

"Bu təşəbbüsü başladan Anadolu Kedisi səhifəsi və projesi olaraq çox mutlu və qürurluyuq", layihənin Facebook səhidəsində yazılıb.

"Əməyi keçən başda könüllü heykəltəraş sevimli Seval Şahin olaraq hər kəsə təşəkkürlər".