Malayziya məhkəməsi avstraliyalı F1 stripperlərini azad edib

Onların vəkili bildirib ki, oğlanlar "anidən" soyunmaq qərarına gəliblər

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Onların vəkili bildirib ki, oğlanlar "anidən" soyunmaq qərarına gəliblər

Malayziya Qran Prisində paltarlarını soyunduqları üçün həbs edilmiş doqquz avstraliyalı kişi məhkəmə zalından sərbəst buraxılıblar.

"Badji Doqquz" ləqəbini qazanmış qrup ictimai asayişi pozmaqda ittiham olunub. Buna görə isə həbs cəzası deyil, cərimə nəzərdə tutulur.

Onlar bazar günü Formula 1 yarışlarında avstraliyalı Daniel Ricciardo-nun qələbəsini qeyd etmək üçün Malayziya bayraqları əks olunmuş çimərlik geyimlərini nümayiş etdirdikdən sonra saxlanılıblar.

Məkhəmədə oxunan məktubda onlar buna görə üzr istəyərək, "dərin peşmançılıqlarını" bildiriblər.

Qrupun bildirdiyinə görə hadisə onlar tərəfindən verilən "tamamilə yanlış qərar" olub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Onlar soyunduqları üçün Malayziyada dörd gün həbsdə saxlanılıblar

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Məhkəmə onları "cavan, cahil və peşman" olduqlarına görə bağışlayıb

Həbs olunanalar arasında Avstraliya müdafiə sənayesi naziri Chritopher Pyne-in yardımçısı Jack Walker də olub.

Onun atası John Walker iclasdan sonra məhkəmə qarşısında mətbuata bildirib ki, onun oğlu və digər səkkiz nəfər "yaxşı oğlanlardır".

Onlardan biri, Thomas Whitworth-un dinləmələr zamanı ürəyi getdiyi üçün ona su veriblər.

Avstraliya sosial mediasında bir çoxları onların bu hərəkətini tənqid etsə də, digərləri bunun axmaq zarafat olduğunu deyiblər.

Avstraliyanın xarici işlər naziri Julie Bishop isə bildirib ki, Avstraliyada axmaq zarafat kimi qəbul olunan hadisə, başqa bir ölkədə tamamilə fəqrli qəbul oluna bilər.

Malayziyada bunu kimi ictimai nümayiş ədəbsizlik sayılır və adətən bu cür hallarda xaricilər cərimələndikdən sonra deportasiya edilirlər.