İtaliyada mafiya başçısı evində gizlənmiş aşkar edilib

İtaliya mafiya başçısı

Şəklin mənbəyi, POLIZIA DI STATO/AP

Beş il axtarışdan sonra mafiya başçısı evindəki gizli otaqda aşkar edilib, İtaliya polisi bildirir.

Yataq otağı ilə hamam arasında gizlənmiş 54 yaşlı Antonio Pelle evində bir neçə saat axtarışdan sonra tapılaraq həbs edilib.

"Mamma" kimi tanınan Pelle ilk dəfə 2008-ci ildə saxlanılıb, lakin üç il sonra xəstəxanaya göndərilərkən qaçmağa nail olub.

Narkotik və silah qaçaqmalçılığında məhkum ediləcəyi təqdirdə onu 20 il həbs cəzası gözləyir.

"Pelle-nin həmişə yaşadığı villada 50 nəfər adam axtarıb, lakin onun gizləndiyi yeri bir diqqətli göz müəyyən edib", Reuters agentliyi polis komandiri Francesco Ratta-ya istinadən bildirib.

Otaqda döşək, yelpik, bir neçə şüşə su və nəğd pul olub. Onun orda nə qədər gizləndiyi məlum deyil.