Manhattan körpüsündə "sülh yaradan" Putinin plakatı peyda olub

Putinin plakatı

Şəklin mənbəyi, AP

New York polisi Rusiya prezidenti Vladimir Putinin Manhattan Körpüsündən sallanan böyük plakatını yığışdırıb.

Plakatda cənab Putinin Rusiya bayrağı qabağında fotosu və "PEACEMAKER" ("sülh yaradan") sözü vardı.

Polis məsələni araşdırdığını bildirir. Hələ ki, heç kəs həbs edilməyib.

Bu sirli plakat barədə xəbərlər sosial mediada trendə çevrilib.