Samsung "Note 7-nin istehsalını dayandırır", media yazır

Şəklin mənbəyi, AFP
Samsung Note 7 avqust ayında buraxılıb
Smartfon nəhəngi Samsung şirkətinin Note 7 telefonlarının istehsalını dayandırıldığı barədə məlumatlar yayılıb.
Bu, yenilənmiş Note 7 telefonlarının da yanması riskini daşımasından sonra baş verir.
Xəbər agentlikləri yazır ki, Samsung təhlükəsizlik tənzimləyiciləri ilə müzakirələrdən sonra telefonun istehsalını müvəqqəti dayandırıb.
Samsung BBC-ə deyib ki, "təhlükəsizlik məsələləri və keyfiyyətə əmin olmaq üçün istehsal cədvəlini nəzərdən keçirir".
Sentyabr ayında şirkət Galaxy Note 7 telefonlarını partlamaq səbəbləri ilə geri çağırıb və onları yenilənmiş telefonlarla əvəzləyib.
Hərçənd yeni telefonlarda da eyni problem yaşanıb.
Şəklin mənbəyi, Brian Green
Bu Samsung telefonu təyyarənin boşaldılmasına səbəb olub
Bundan başqa, ABŞ-da iki mobil şəbəkə operatoru telefonların satışını və dəyişdirilməsini dayandırıb.
T-Mobile şirkəti söyləyib ki, Samsung problemli hallara araşdıranadək bütün Note 7 satışlarını və dəyişdirilməsini dayandırır.
AT&T isə müştərilərə məsləhət görüb ki, telefonları başqa cihazlarla dəyişsinlər.