Qulaq asın: Limpopo çayında qəhqəhə çəkən begemotlar

Bu proqramı izləmək/dinləmək artıq mümkün deyil.

BBC-nin Breakfast proqramı Cənubi Afrikada hippopotamusların gülüşünü eşidib.

Chris Watson, Kruger Milli Parkındakı Limpopo çayında yaşayan begemotların səsini günorta və günbatan zaman yazıb.

Burada həmçinin qartal, kaftar və balıqcılın səslərini də eşitmək olar.

Yerli xalqın arasında gəzən rəvayətə görə, begemotlar bütün günü çayın içərisində bir-birilə zarafat edir, Gün batanda isə onlar çayın kənarına çıxıb qəhqəhə çəkməyə başlayırlar.