Priyanka Chopra qaçqınları "təhqir edən" fotosuna görə üzr istəyib

Şəklin mənbəyi, Conde Nast Traveller
Bollywood aktrisası Priyanka Chopra "Conde Nast Traveller" jurnalının üz qabığında çap edilmiş geyimindəki sözlərə görə üzr istəyib.
Köynəkdə üzərindən xətt çəkilmiş "miqrant", "qaçqın" və "gəlmə" sözləri və adi qaydada yazılmış "səyahətçi" sözü əks olunur.
Bundan sonra həm aktrisa, həm də Conde Nast "verilmiş" mesaja görə tənqid olunub, bəziləri deyib ki, qaçqın olmaq "seçim deyildir".
Conde Nast BBC-ə deyib ki, onların məqsədi insanlara yarlıq vurulmasını işıqlandırmaq olub.
Chopra Hindistanın NDTV xəbər kanalına deyib ki, "İnciyənlərdən çox üzr istəyirəm. Həmişə yarlıq vurulmasına qarşı olmuşam. Mən çox zərər çəkmişəm və özümü pis hiss edirəm, amma mesajım yanlış anlaşılıb".
"Jurnal bu cür etiketlərlə əlaqəli ksenofobiya məsələsinə dair mesaj vermək istəyirdi", o əlavə edib.
Bu ayın əvvəlində sosial şəbəkələrdə qəzəbə səbəb olmuş jurnalın üz qabığının fotoşəklini istifadəçilərin çoxu Suriyanın qaçqın böhranı fonunda uyğunsuz hesab edib.