Yeni kitabların müəllifi: Azərbaycanlı kimliyi ən idealdır

Yeni kitabların müəllifi: Azərbaycanlı kimliyi ən idealdır

SOAS London Universitetində Azərbaycanla bağlı iki kitabın təqdimatı olub.

Cambridge Universitetində PhD təhsili alan Murad İsmayılovun həmmüləifi olduğu kitablar "Mərkəzi Asiya və Qafqazda kimlik siyasəti" və "Türkiyə-Azərbaycan əlaqələri: Bir millət-iki dövlət?" adlanır.

Tədbirdə təqdimat çıxışı edən həmmüəllif kitabların əhatə etdiyi mövzulardan danışıb.

Təqdimat mərasimində Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə, Prof. Guglielmo Verdirame, Prof Rick Fawn, Dr Sofie Bedford və Prof Norman Graham da çıxış ediblər.

Müxbirimiz Vüsal Həmzəyev Murad İsmayılovla kitabların ideyası və bəhs etdiyi mövzular barədə söhbət edib.