Tesla-nın bütün yeni maşınları sürücüsüz olacaq

Tesla Model 3

Şəklin mənbəyi, Tesla

Şəklin alt yazısı,

Tesla özünün avtopilot sistemini ötən il təqdim edib

Elektrik maşınların istehsalçısı Tesla deyir ki, hazırda istehsal olunan maşınların hamısı sürücüsüz işləməyə malikdir.

Əlavə olunan kameralar, sensorlar və radarlara baxmayaraq ehtimal ki, maşınların tamamilə sürücüsüz idarə olunmasına hələ illər var.

Tesla özünün avtopilot sistemini ötən il təqdim edib. Bu sistemlə avto-tormoz kimi bəzi sürücüsüz funksiyalar işləyib.

Lakin indi şirkət bütün yeni avtomobillərdə avtopilotun fəaliyyətini müvəqqəti olaraq dayandırır ki, yeni sistemləri "hərtərəfli" yoxlamaq mümkün olsun.

Tesla-nın təsisçisi Elon Musk deyib ki, yeni sistem "demək olar ki, maşının içində yerləşən super-kompüterdir".

Həmçinin oxuyun:

Lakin sürücüsüz maşınların yolda istifadə oluna biləcəyi barədə qərarı ictimaiyyət və nizamlayıcı qurumlar verməlidir, o əlavə edib.

Hələlik texnika "kölgə rejimində" işləyəcək ki, sistemin maşını idarə etdiyi təqdirdə hər hansı bədbəxt hadisənin qarşısını ala biləcəyi barədə məlumat toplasın.

Cənab Musk deyib ki, sürücüsüz maşınların insan sürücülərdən daha təhlükəsiz olmasını sübut etmək istəyir.