Azərbaycan millisinin braziliyalı baş məşqçisi Carlos Alberto vəfat edib

Carlos Alberto Torres

Şəklin mənbəyi, Clive Mason/ Getty

Şəklin alt yazısı,

Carlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub

Braziliyanın əfsanəvi futbolçusu Carlos Alberto Torres 72 yaşında vəfat edib. O, 1970-ci ildə dünya çempionu olarkən Braziliyanın kapitanı olub.

Carlos Alberto 2004-2005-ci illərdə futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi olub.

O, 1970-ci ilin finalında Brazilyanın İtaliyaya qarşı keçirdiyi oyunda Dünya Çempionatları tarixində ən gözəl qollardan birini vurub.

Carlos Alberto 53 dəfə Braziliya milli komandasının formasını geyinib.

O, Rio-de-Janeyroda ürək tutmasından ölüb.