Zənzibarda osminoq ovçuları

Bwejuu sahilinde ahtapot avcısı bir kadın

Afrikanın şərqində yerləşən Zənzibar çimərliklərindən turistlər çəkildikdən sonra dəniz sahillərinə yerli osminoq ovçuları çıxır.

Dəniz sahillərinə çıxan ovçular gün ərzində adətən 10-dək osminoq tuturlar.

Osminoq yerli sakinlər üçün mühüm zülal mənbəyidir.

Dəniz sahillərindəki qayalıqlarda bir çox balıq, ilbiz və osminoq kimi dəniz canlılarına rast gəlmək olar.

Tanzaniyanın bir hissəsi olan Zənzibar Hind okeanının qərbində ən iri osminoq ixracatçısıdır.

35 yaşlı Abdullah Əli, osminoq ovuna çıxmaqdan əvvəl qayığını hazırlayır.

Ənənəvi olaraq osminoq ovlamaqla qadınlar məşğul olub. Lakin qazanclar artandan sonra kişilər də ova maraq göstərməyə başlayıblar.

Əli, satdığı osminoqların hər bir kiloqramına görə təxminən 2.30 dollar qazanır.

BMT rəqəmlərinə əsasən 1990-cı ildə Tanzaniyada 482 ton osminoq tutulub. 2012-ci ildə bu rəqəm 1.250 tona çatıb.

Osminoqlar daşlar və mərcanlar arasında məharətlə gizlənir. Təcrübəsiz adam onları ətraf mühitdən çox çətin seçə bilər.

Zəhərli dəniz kirpiləri osminoq tutanların işini çətinləşdirir.

Bvecu kəndinin sakini Məryəm, səhər çağlarında sərin dəniz sularına dalır.

Təcrübəli osminoq ovçusu Mama Juma, Pace çimərliyinin büllur şəffaflığı ilə seçilən sularında osminoq ovuna çıxır.

Bvecu sahildə tək başına osminoq axtarır.

Zənzibarın paytaxtı Stone Town-dakı dəniz məhsulları bazarında satılan əsas yeməklərdən biri osminoq qızartmasıdır.

Tanzaniyada tutulan osminoqların çoxu Avropaya ixrac olunur.

Fotoşəkillər: Tommy Trenchard və Aurelie Marrier d'Unienville