Avstraliya polisi çantasında koala daşıyan qadını saxlayıb

Şəklin mənbəyi, queensland police
6 aylıq olan Koalanı Alfred adlandırıblar
Avstraliyanın Brisben (Kvinslend ştatı) şəhərində polis əməkdaşları saxlanılan qadının çantasında koala balasını aşkar ediblər.
Hüquq-mühafizə əməkdaşları 50 yaşlı xanımın idarə etdiyi avtomobili saxlayıblar. Axtarış zamanı ondan avtomobildə qadağan olunmuş bir sheyin olub-olmadığını soruşublar.
Şəklin mənbəyi, queensland police
Koalanı polis bölməsinə aparıblar
Xanim çantasını polislərə verib və bu zaman polislər cantada koalanı aşkar ediblər. Qadın bildirib ki, o bu koalanı tapıb və onun qayğısına qalıb.
Görünüşünə görə 6 aylıq olan koalanın çəkisi cəmi yarım kilodur. Polislər koalanı Alfred adlandırıblar.
Hazırda Alfred Brisbendəki polis məntəqəsindədir. Koala daha sonra rəsmi himayədara təhvil veriləcək.
Şəklin mənbəyi, queensland police
Avstraliyada koalanın evdə saxlanılmasına icazə verilmir.
Avstraliyada koalalar qanunvericiliyin himayəsi altındadır. Bu heyvanların populyasiyası bəzi rayonlarda bərpa olunsa da, onların ovlanması əvvəlki kimi qadağandır.
Rəhbərlik koala aşkarlayan vətəndaşlardan xüsusi telefon vasitəsiylə məlumat vermələrini xahiş edib. Həmçinin koalanın evdə saxlanılmasına icazə verilmir.