İstanbul: Tombilinin heykəli yerinə qaytarılıb

Şəklin mənbəyi, AFP
Tombilinin oğurlanamsı barədə xəbər sosial şəbəkələrdə çoxsaylı qəzəbli şərhlərə səbəb olmuşdu.
İstanbulda bir neçə gün əvvəl yoxa çıxmış Tombili pişiyinə qoyulan məşhur heykəl əvvəlki yerinə qaytarılıb.
"Ötən gecə oğru heykəli yerinə qaytarıb [...] Tombilinin heykəli olduğu yerindədir", - Facebook səhifəsində "Anadolu Kedisi" layihəsinin fəalları bildirir.
Məlumat cümə axşamı günü dərc edilən fotoşəkillə müşayiət olunur.
Sosial şəbəkələrdə özünə məxsus oturma tərzinə görə məşhurlaşan pişiyə heykəl oktyabr ayında qoyulub.
Tombilinin xatirəsini əbədiləşdirmək üçün çağırış altında 17 min adam imza atıb.
Bundan sonra yerli hakimiyyət İstanbulun Kadıköy rayonunda pişiyə heykəl qoyacağı barədə qərar çıxarıb.
Şəklin mənbəyi, facebook/Anadolu Kedisi
"Аnadolu Kedisi" layihəsi yerinə qaytarılmış heykəlin görüntülərini paylaşıb.
9GAG saytında yerləşdirilmiş heykəlin görüntüləri internetdə paylaşılıb.
Şəklin mənbəyi, facebook/Anadolu Kedisi
Tombili sosial şəbəkələrdə məşhurlaşmışdı.
Heykəl noyabrın 8-ə keçən gecə yoxa çıxmışdı.
Tombilinin oğurlanması barədə xəbər sosial şəbəkələrdə çoxsaylı qəzəbli şərhlərə səbəb olmuşdu.
Türkiyənin məşhur pişiyi Tombiliyə heykəl qoyulub
İstanbulda Tombili adlı məşhur pişiyə heykəl qoyulub.