Trump-ın qələbəsi, Abıyevin zərbəsi - həftə fotoların diliylə

Bu həftə dünyada baş vermiş ən böyük, gözlənilməz və maraq doğuran hadisələr fotoşəkillərin diliylə.

Trump

Şəklin mənbəyi, Chip Somodevilla/ Getty

ABŞ-da keçirilmiş prezident seçkilərində respublikaçı namizəd Donald Trump rəqibi demokrat Hillary Clinton-a qalib gələrək ABŞ-ın 45-ci prezidenti seçilir.

Səsvermənin nəticələri açıqlandıqdan sonr keçirilmiş mərasimdə cənab Trump əslən Sloveniyadan olan xanımı Melania-nı qucaqlayır.

Şəklin mənbəyi, Karen Ducey/ Getty

Donald Trump-ın prezident seçilməsi onun əleyhdarlarının ölkə boyu etirazlarına səbəb olub. Etirazçıların səsləndirdiyi şüarlardan biri də "Sən mənim prezidentim deyilsən" olub.

Cənab Trump-ın seçkiqabağı kampaniya zamanı səsləndirdiyi qalmaqallı fikirlərdən biri də, prezident seçiləcəyi təqdirdə müsəlmanların ölkəyə girişinə qadağa qoyacağı ilə bağlı olub. Seçildikdən sonra bu vəd onun saytından yoxa çıxıb.

Şəklin mənbəyi, dashkesen-ih.gov.az

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Bayraq Günü münasibəti ilə rayon mərkəzində keçirilmiş tədbirdə üzərində bayraq rəngləri olan şifer parçasını yumruğu ilə qırıb.

Cənab Abıyev bunun Ermənistan bayrağı olduğu desə də, sosial media istifadəçiləri onun Kolumbiyanın bayrağını qırdığını bildiriblər. Hadisə Kolumbiya medaisında da işıqlandırılıb.

Sibirdə Donald Trump-ın qələbəsi münasibətilə Felix adlı ağ ayıya Trump formasında olan ət və tərəvəzdən hazırlanmış tort verilib.

Bu ağ ayı ABŞ seçkilərində kimin qalib gələcəyini düz təxmin edib və bir çox rusiyalılar kimi Donald Trump-ı dəstəkləyir.

Şəklin mənbəyi, Yannaing Pyi Sone Aung

Myanmarın şimalında mədənçilik sahəsinə səmadan böyük metal cism düşüb. Naməlum əşyanın Çinin fəzaya peyk buraxması ilə bağlı olduğu güman edilir.