Eyr gölünün coşqun rəngləri – havadan çəkiliş
Özünü Light Collective qrupu adlandıran fotoqraflar Avstraliyadakı Eyr (Eyre) gölünü havadan seyr ediblər.

Şəklin mənbəyi, The Light Collective
Eyr gölü Avstraliyanın Mərkəzi Ovalığında yerləşir. Bəzən Kati-Tanda adlandırılan bu göl ölkənin ən iri qapalı su hövzəsi sayılır. Onun sahəsi yağıntıların düşməsindən asılı olaraq dəyişir.

Şəklin mənbəyi, The Light Collective
Bəzən daşqınlar mövsümündə gölün su səthi 1,2 mln kvadrat kilometrədək genişlənir. Beləliklə su hövzəsi qitənin ümumi ərazisinin onda altısını təşkil edə bilər.

Şəklin mənbəyi, The Light Collective
Quraqlıq mövsümündə gölün suları çəkilir və ətrafdakı şoran torpaqlar səhranın qızmarı qarşısında aciz qalır.

Şəklin mənbəyi, The Light Collective
Eyr gölü iki hissədən ibarətdir. Onları ensiz su boğazı bağlayır. Adam Williams, Luke Austin, İgnacio Palacios və Paul Hoelen bu mənzərəni uzun səyahətdən sonra çəkməyə müvəffəq olublar.

Şəklin mənbəyi, The Light Collective
Bəzən fotoqrafların yolsuzluq maşını 4 saat ərzində maksimum 50 kilometrlik məsafəni qət edə bilib.

Şəklin mənbəyi, The Light Collective
Yorucu səyahət ardınca fotoqraflar icarəyə alınmış 2 təyyarədən aeroçəkilişləri davam etdiriblər.

Şəklin mənbəyi, The Light Collective
Qapıları çıxarılmış təyyarədən çəkiliş apararkən fotoqraflar güclü hava axınına tab gətirməli olublar.

Şəklin mənbəyi, The Light Collective
Çəkiliş vaxtı bütün ümidlərini təyyarə oturacağındakı kəmərlərin möhkəm olmasına bağlayırsan, Adam Williams deyir.

Şəklin mənbəyi, The Light Collective
Risklərə rəğmən, səyahət əbəs yerə olmayıb, fotoqraf hesab edir. Onun dediyinə görə mənzərələrin rəngarəngliyi qrupun bütün gözləntilərini üstələyib.

Şəklin mənbəyi, The Light Collective
Yağışlar mövsümünda dolğun sel suları Eyr gölünə doğru istaqəmət alır.

Şəklin mənbəyi, The Light Collective
Foto şəkillər çapa hazırlanarkən onların rəng qamması və kəskinliyi rəqəmsal texnologiya vasitəsilə zəngilləşdirilib.

Şəklin mənbəyi, The Light Collective
Fotoqraflar hər bir mənzərədəki kompozisiyanın təfsilatına varmaqla yanaşı silsilənin estetik bütövlüyü ilə ahəngliyini də qorumağa çalışıblar.

Şəklin mənbəyi, The Light Collective
Eyr gölünə həsr edilmiş fotosilsilə Sydney şəhərindəki Depot qalereyasında sərgilənir.