"Gombul Kim", nəhəng Ay, Əliyevin Trump-a zəngi - həftə 5 fotoda
Keçən həftə İlham Əliyevin ABŞ prezidenti seçilmiş Donald Trump-a zəngi, 21-ci əsrin ən nəhəng Ayı, Şimali Koreya lideri ətrafında zarafat və digər hadisələrlə yadda qalıb.

Şəklin mənbəyi, Getty Images
1. Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın yeni seçilmiş prezidenti Donalda Trump-a telefonla zəng edib.
Cənab Əliyev Donald Trump-ı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək iki ölkənin müxtəlif sahələrdə uğurlu əməkdaşlığını qeyd edib, Azərbaycan liderinin mətbuat xidməti bildirir.

Şəklin mənbəyi, Reuters
2. "Gonbul Kim" nə məsələdir?
Çin dilində 金三胖, yəni "gombul üçüncü Kim" ifadəsini axtaranda heç bir nəticə çıxmır.
Çin hökuməti axtarış saytlarına bu ifadəyə görə nəticə çıxarmağı qadağan etdiyini birbaşa təsdiqləməsə də, Çin rəsmisi Pekinin istənilən ölkənin liderinin təhqir edilməsini təqdir etmədiyini bildirib.
Bir neçə ildir ki Çin bloqosferində "gombul üçüncü Kim" ifadəsi məşhurdur.

Şəklin mənbəyi, ALEXANDER ZEMLIANICHENKO/ Getty
3. Prezident Vladimir Putin birgə Rusiya və Ermənistan hərbi qüvvələrinin yaradılması barədə hökumət təklifini təsdiq edib, İnterfaks informasiya agentliyi bildirib.
Birgə qüvvələrin əsas vəzifələrindən biri Rusiya və Ermənistanın quru sərhədlərini qorumaq və postsovet dövlətlərinin regional hərbi alyansı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində işləmək olacaq.

Şəklin mənbəyi, JOE KLAMAR/ Getty
Vyanada yerləşən Təbiət və Tarix Muzeyinin üzərindəki abidənin arxasında görünən nəhəng Ay, 14 noyabr 2016
4. 21-ci əsrin ən nəhəng Ayını dünyanın müxtəlif yerlərindən müşahidə etmək mümkün olur.
Bu, bütöv Ayın 1948-ci ildən bəri Yerə ən yaxın olduğu andır. Ayı bir də bu ölçüdə yalnız 2034-cü ildə görmək mümkün olacaq.

Şəklin mənbəyi, Reuters
5. İsrail parlamentində ultraortodoks yəhudilər azanın oxunma səviyyəsinin məhdudlaşdırılması barədə təşəbbüsə etiraz ediblər.
İsrailli siyasətçi Yakov Litsman deyib ki, belə bir təşəbbüs təsdiqlənərsə, növbəti dəfə məhdudiyyət yəhudilərə tətbiq edilə bilər.

Trump-ın qələbəsi, Abıyevin zərbəsi - həftə fotoların diliylə
Bu həftə dünyada baş vermiş ən böyük, gözlənilməz və maraq doğuran hadisələr fotoşəkillərin diliylə.