#100qadın: 21-ci əsrdə nağılları yenidən yazmalıyıqmı?

21-ci əsrin Sindisi özündən böyük qohumları tərəfindən incidilir
Image caption 21-ci əsrin Sindisi özündən böyük qohumları tərəfindən incidilir

Çox sevilən uşaq nağıllları həmişə eyni qalmalıdırmı? Yaxud yeni nəsil üçün onlar biraz dəyişdirilə bilərmi?

BBC İngiltərənin cənubundakı məktəblilərə klassik Sindirella (Cinderella, Zoluşka) nağılını yenidən baxmağı təklif edəndə, nəticə kifayət qədər təəccüblü olub. Onlar nağıldan şüşə ayaqqabı, bal geyimləri və pəri xaçanasını çıxarıb, əvəzində rahat sport geyimi, idman ayaqqabıları və gözlənilməz son səhnə əlavə ediblər.

21-ci əsrin Sindisi (Cindy) işləyir, şahzadəni özü rəqsə dəvət edir, onun evlənmə təklifini qəbul etmir, əvəzində onlar məşhur səyyah olmaq üçün dünyanı gəzməyə başlayırlar.

Image caption Amma o sarayda qonaqlığa dəvət alır
Image caption O idman ayaqqabılarının birini itirdikdən sonra şahzadə onu tapır
Image caption Sindi şahzadə ilə evlənmək istəmir və onlar dünyanı birgə gəzməyə gedirlər

Nağılın bu yeni variantı Böyük Britaniyada BBC-nin #100Qadın mövsümü çərçivəsində Breakfast TV-də bu səhər yayımlanıb, ona çoxlu şərhlər və bir-iki şikayət gəlib.

Bəzi insanlar təəssüflənib: "Klassiklərin yenilənməyə ehtiyacı yoxdur - buna görə onlar klassika adlanır", bir açıqlı Facebook istifadəçisi yazıb.

Başqaları isə bildirib ki, nağıllar əsrlər boyunca kifayət qədər dəyişib və bu yaxşı bir şeydir: "Uşaqlar yaxşı edib...bu siyasi mütləqlik deyil, bu uşaqların yaradıcılıq baryerlərini dəf edir".

Siz necə düşünürsünüz? Dəyişən dünyada nağıllar da olduğu kimi qalmalıdırmı yoxsa müasir dünya ilə ayaqlaşmaq üçün onların verdiyi mesajı yeniləmək normaldır?

Sizin sevimli nağılınız hansıdır və hansını dəyişdirmək istərdiniz?

Fikirlərinizi #100Qadın həşteqi ilə BBC Azərbaycanca ilə bölüşün.

Əlaqəli mövzular

Bu barədə daha geniş