Futbol tarixinin ən böyük təyyarə qəzaları

ManU kaza

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Manchester United-in 1955-ci ildə Münhendə uğradığı qəza üçün hər il anım tədbiri həyata keçirilir

Braziliyanın Chapecoense futbol klubunun üzvlərinin də içərisində olduğu təyyarə Kolumbiyada qəzaya uğrayıb.

Təyyarədəki 81 nəfərdən 76-sı həlak olub, beş nəfərsə sağ qalıb. Sağ qalanlardan ən azı ikisi Chapecoense-də forma geyinir.

Bu faciə futbol klublarının başına gəlmiş yeganə təyyarə qəzası deyil.

Futbol klublarının başına gələn öülmcül təyyarə qəzaları ilə tanış olun:

4 may 1949 - Dörd dəfə İtaliyanın A Seriyasında çempion olmuş Torino futbol klubu düşdüyü təyyarə qəzasında 22 nəfəri itirir. Onlardan 18 nəfəri klubun futbolçuları idi.

torino

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Torino klubu təyyarə qəzasında 22 üzvünü itirib

6 fevral 1958 - İngiltərə futbol klubu Manchester United-in Münhendə uğradığı təyyarə qəzasında səkkiz futbolçu həlak olub. Baş məşqçi Matt Busby-yə ithafən "Busby-nin körpələri" kimi tanınan gənc klubdan gözləntilər böyük idi.

3 aprel 1961 - Çili birinci liqa klubu Green Cross-u daşıyan təyyarənin Las Lastimas Dağlarına çırpılması nəticəsində səkkiz futbolçu və texniki heyyətdən də iki nəfər olmaqla ümumilikdə 10 nəfər ölüb.

manu pankart

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Manchester United azarkeşləri faciənin 55-ci ildönümündə "Heç vaxt ölməyəcəyik" şüarı açıblar

26 sentyabr 1969 - "The Strongest" adlı Boliviya futbol klubunu daşıyan təyyarə Viloco-da qəzaya uğrayır. Qəzada 16 futbolçu və iki texniki işçi ilə yanaşı məşqçi Eustaquio Ortuno da ölüb.

6 dekabr 1987 - Peru birinci liqa klubu Alianza Lima-nın paytaxt Limada keçirdiyi qəzada həlak olanlar arasında baş məşqçi Marcos Calderon və 16 futbolçu da var idi.

28 aprel 1993 - Zambiya milli futbol komandası Qabonun Libreville şəhərində keçirdiyi təyyarə qəzasında 18 futbolçu və rəhbər heyətin beş üzvünü itirib.

zambiya

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Zambiya milli komandasını daşıyan təyyarə dənizə düşüb