Cənubi Koreya bazarında it əti qadağası

"İtlər insan kimi ağrını hiss edir": Seonqnam-un Moran bazarında heyvansevərlərin əsas hədəfi idi Fotonun müəllifi AFP
Image caption "İtlər insan kimi ağrını hiss edir": Seonqnam-un Moran bazarında heyvansevərlərin əsas hədəfi idi

Cənubi Koreya rəsmiləri ölkənin ən böyük it əti bazarında itlərin qırılmasına və ətinin satılmasına qadağa qoyub.

Seonqnam şəhəri və Moran bazarında ticarətçilərinin assosiasiyası arasında bağlanmış müqavilə gələn həftədən burada kəsmə ləvazimatlarının ləğv ediləcəyi deməkdir, Koreya Herald qəzeti bildirib. Bazarda 22 it əti satıcılarına başqa sahələrdə biznes qurmaq üçün yardım ediləcək.

Bu addımı heyvaların rifahı, şəhər və bütövlükdə Cənubi Koreyanın nüfuzu ilə əlaqələndirən şəhər meri Lee Jae-myung Qandidən sitat gətirib: "Millətin böyüklüyü onun heyvanlara davranışından bəlli olduğu üçün Seongnam şəhəri Cənubi Koreyanın imicini dəyişmək təşəbbüsünü tətbiq edəcək".

Dəyişiklikdən məmnunluq duyan Koreya Heyvanları Müdafiə İttifaqı bu qərarın tam reallaşdırılmamasından narahatdır.

"Biz qərarın doğurdan da tətbiqini yoxlamaq üçün bazarda it əti mağazalarına daima nəzarət edəcəyik və şəhər hakimiyyəti də burada it ətinin satılmasına qadağa ideyasını irəli sürməlidir", İttifaqın rəsmisi Jang In-young söyləyib.

Moran bazarı Cənubi Koreyada istehlak edilən it ətinin üçdə birini təmin edir, yerli sakinlər və sosial qruplar uzun müddət burada itlərin bir çox hallarda qəddar metodlardan istifadə edilərək öldürülməsindən şikayət edirdilər. Bəziləri itləri Koreya kulinariya ənənələrinin tərkib hissəsi kimi görsə də, son illərdə it əti istehlakı kəskin azalıb, əksinə itləri ev heyvanı kimi saxlayanların sayında artım hiss edilib.