Çinə eşşək ixracından narahat olan qırğızlar

Çində eşşəklər, həm də kənd təsərrüfatında istifadə olunur Fotonun müəllifi  FREDERIC J. BROWN/AFP/Getty Images
Image caption Çində eşşəklər, həm də kənd təsərrüfatında istifadə olunur

Qırğızıstan Çinə 4000 eşşək ixrac etməklə bağlı müqavilə imzalayıb və bu, ticarətin etikası və şəffaflığı ilə bağlı mübahisələrə səbəb olub.

Turmush internet səhifəsinə əsasən, mərkəzi Asiya dövlətinin cənub Oş regionun polisi, canlı eşşəklərlə dolu yük maşınlarının artıq Çinə yola düşdüyünü bildirib və əlavə edib ki, bütün lisenziya və tibbi arayışlar qaydasındadır.

Çonq-Alay kəndinin fermerlərindən alınan eşşəklər üçün Çin-Qırğız şırkəti, yerli bazar qiymətindən artıq - 3000-4000 som arası məbləğ ödəyiblər.

Lakin yerlilər, geniş sayda itən heyvanlarla bağlı məlumatlardan və ya onların mal-qara üçün əlverişsiz yaşayış sahələrində saxlanılmasından, eləcə də, naməlum ticarətçilərin hər baş üçün 10 min som təklifindən narazıdırlar.

"Kimin cəlb olunduğunu heç kim bilmir və yerli hakimiyyət orqanları laqeyddirlər," yerlilər, Turmusha-a deyiblər.

Bələdiyyə isə, ixrac olunmuş bütün heyvanların siyahısına malik olduğunu iddia edir. Bu, Qırğızıstanda, Çinə eşşək ixracı ilə bağlı müzakirələrə gətirib çıxarıb.

Çin mediası, ölkədəki qıtlıqdan savayı, eşşək idxalı ilə bağlı xəbərlər yayır. Buna səbəb ölkədə, ənənəvi dərmanların hazırlanması üçün dəridən alınan jelatinin qiyməti qalxmasıdır.

Bəzi kampaniya üzvləri, heyvanların Qırğızıstanda qeyri-qanuni qırılmasından narahatdırlar. Onlar düşünür ki, bu, yüz kilometrlərlə uzana dağ yollu nəqliyyat xərclərindən yayınmaq üçün edilir və dərisi soyulmuş cəmdəklərin ucqar ərazilərə atıldığı halları da mövcuddur.

Xüsusilə də, Azadlıq Radiosunun qırğız xidmətinin yaydığı və bir çoxlarının iki il öncə dərisi soyulmuş eşşək ətinin, paytaxt Bişkek bazarlarında satışı faktını unutmadığı bir halda.

Ticarətin nizamnaməsi haqqında səs ucaldanlar da olub. Sözügedən biznes assosiasiyası başçısı Cırqalbek Saqınbayev, "cəmdəklərin dərisiz halda hara gəldi atılmasının" yaratdığı ictimai qəzəbi anladığını bildirib və təklif edib ki, Çin bazarını təmin etmək üçün açıq və cavabdeh xüsusi eşşək fermaları yaradılsın.

O, yoxsul fermerlər üçün potensial gəlir mənbəyinə çevriləcək bu ticarətə qarşı "ictimai baxışı, dini bəhanələrlə qarışdırdıqlarına görə cahil insanları" ittiham edib.

Bəzilər isə, əksəriyyətinin müsəlman olduğu ölkədə, İslamın qadağan etdiyi heyvan ətinin satışına etiraz ediblər.

Parlament üzvü Nurkamil Madaliyev, eşşək ətinin satışına qadağa qoyulmasını təklif edib və "natəmiz heyvanların satışından xeyir gəlməyəcəyini" bildirib.

Azadlıq Radiosunun ilin əvvəlində verdiyi məlumata əsasən, həmin zaman Oş regionu sakinləri qonşuluqda eşşək fermasının açılmasına qarşı çıxaraq, onun başqa yerə köçürülməsini tələb etmişdilər.