Aktrisa Ja Ja Qabor və onun parlaq həyatı

Şəklin mənbəyi, Rex Features
Aktirsanın həyat yoldaşı Frederik fon Anhalt jurnalistlərə onun evdə, yaxınlarının və dostlarının əhatəsində vəfat etdiyini bildirib. Ja Ja Qaborun (Zsa Zsa Gabor) ən böyük rolu özü-özünü parlaq şəkildə oynaması idi. 70-dən artıq filmə çəkilməsinə baxmayaraq, aktirsa keçirdiyi həyat tərzi və çoxsaylı nigahlarıyla məhşur idi.
Hollywood cəmiyyətində parıldayan aktrisada macarlara xas kübarlıq vardı. 7 dildə danışan və yarım əsr Kaliforniyada yaşamasına baxmayaraq o, öz şivəsini itirməmişdi.
1917-ci il fevralın 6-da Budapeştdə doğulan Şari Qabor elə öz yaxınları tərəfindən Ja Ja ləqəbini alır. Ailənin ikinci qız övladı olan Şarinin atası hərbçi, anası isə var-dövlət varisi olan bir xanım idi.
Uşaqlıqda həkim olmağı arzulayan Ja Ja Qaborun anasının ambisiyaları və cəzbedici xarici görünüşü tamamilə başqa istiqamətə yönləndirdi. Aktrisanın anası yəhudi olmasına baxmayaraq, onun 3 qız övladı katolik dini ruhunda böyümüşdülər.

Şəklin mənbəyi, Rex Features
Georg Sanders Ja Ja-nın üçüncü nikahı idi.
1934-cü ildə Vyanaya səfər edən gənc Qaboru o zamanlar məhşur olan Avstriya opera müğənnisi Richard Tauber kəşf edir və ona operettada rol verir. Bu Qaborun səhnəylə ilk tanışlığı olur.
1936-cı ildə "Miss Macarıstan" tituluna sahib olan aktrisanın sonradan bu titulu geri alınır. Buna səbəb isə Qaborun müsabiqədə iştirak etmək üçün münsiflər heyətindən yaşını gizlətməsi olur.
Bir ildən sonra akrtisa türkiyəli intellektual Burhan Asaf Belgeye ərə gedir, lakin 1941-ci ildə onlar ayrılırlar. Bu zaman ərzində akrtisanın atasiyla anası da boşanır və Ja Ja anasıyla birgə bacısı Ja Ja Yevanın yaşadığı Birləşmiş Ştatlara getməyi qərarar alırlar.
Avropaya xas xarici görünüşü sayəsində teatrda özünə yer etmək Qabor üçün elə də çətin olmur.
Qaborun kinoda ilk debütü isə 1952-ci ildə MGM Lovely To Look At ("Baxmaq xoşdur") kino şirkətinin myüziklində olur. Onun burdakı rolu danışıqsız və çox kiçik idi.
Bu arada Ja Ja 3-cü dəfə, aktyor Georg Sanderslə ailə həyatı qurur. Qaborun ikinci həyat yoldaşı isə mehmanxalar maqnatı Konrad Hilton olmuşdu.
Qaborun Sanderslə evliliyindən 1947-ci ildə bir qızı - Constance "Francesca" Hilton dünyaya gəlir. Elə həmin ildə rejissor John Huston-un Moulin Rouge filminə çəkilən aktrisa ilk uğurunu qazanır. Daha sonralar rejissor onun "tamamilə layiqli aktrisa" olduğunu qeyd etmişdi.

1952-ci il, Ja Ja BBC efirində çıxış edir.
1950-ci illərdə akrtisa daha 14 filmə çəkilsə də, onlardan yalnız biri - Queen of Outer Space ("Kosmos kraliçası"), ömür boyu onu təqib edirdi. Bu filmdə aktrisa Venera planetinin yarıçılpaq sakinini canlandırmışdı.
"Bu dəhşətdir! Bu film təkrar-təkrar üzə çıxır ", - deyə film haqqında danışarkən aktrisa deyirdi.
Daha sonralar peşəkar Hollywood məhşuruna çevrilən aktrisanın həyatdakı başlıca rolu məhşur kişilərin həyat yoldaşı olmaq oldu.
"Yatağına girdiyin hər kişiyə ərə getmək mütləq deyil ", -deyə anası bir dəfə Ja Ja-ya demişdi. Lakin Ja Ja-nın özü çoxlu nigah bağlamasını katolik olmasıyla əlaqələndirirdi. Qalmaqallı xanım kimi tanınan aktrisa varlı kişilərin ürək "ovçusu" kimi tanınırdı.

Şəklin mənbəyi, Rex Features
Moulin Rouge filminə çəkilən Gabor ilk uğurunu qazandı.
1954-cü ildə Georg Sandersdən ayrılan Qabor yalnız 1962-ci ildə özündən 9 yaş böyük olan investisiya bankiri Herbert Hatner-ə ərə gedir. Onların evliliyi 4 il davam edir.
1966-cı ildə 5-ci dəfə - kiçik Joshua Cosden-lə evlənən Ja Ja-nın bu izdivacının ömrü cəmi 7 ay çəkir.
Daha sonra ailə qurmağa 9 il ara verən Qabor növbəti dəfə 1975-ci ildə Barbi gəlinciyinin yaradıcısı və dizayneri Jack" Ryan-ərə gedir. Bir ilin sonunda bu evlilik de bitir.
Lakin aktrisa boşanmadan dərhal sonra onun Jack" Ryan-la boşanma işini aparan, vəkil Michael O'Haraya ərə gedir. Bu evlilik isə 7 il davam edir.
Ja Ja bir çox Hollywood ulduzlarıyla - Sean Connery, Franc Sinatra və Richard Burtonla münasibəti olub.
Onun sayca 8 toyu meksikalı vəkil və aktyor Felipe de Albe ilə 1983-cü ilin aprelin 13-də dənizdə baş tutub. Lakin nigah səhəri günü ləğv edilib. Buna səbəb isə gəminin həmin vaxtda beynəlxalq sularda olmaması və akrtisanın əvvəlki ərindən rəsmən boşanmaması göstərilib.
Sonralar aktrisa Felipeni onunla nigaha girməyə məcbur etməməsinə belə açıqlama gətirib : "Onunla mənə darıxdırıcıdır. O pleyboydur, mən isə zəhmətsevər aktrisa".
Aktrisanın ən qızğın sevgi hekayəsi - həmin zamanlarda amerikalı varlı xanım Barbara Hattonla evli olan cənubi amerikalı pleyboy Porfirio Rubirosla olub. Rubiros Qaborla xanımı arasında seçim edərkən ikincini seçməsindən sonra akrtisa Las Veqasda səhnəyə qara sarğıyla çıxıb. Gəzən şayiələrə görə o bu sarğıyla sevgilisindən aldığı zərbələrin izlərini örtməyə çalışıb.

Şəklin mənbəyi, Allied Artists
Ja Ja özünü və istedadını nümayiş etdirməyi bacardığı kimi özünə gülməyi də bacarırıdı.
1989-cu ildə Los Angelesdə polislə mübahisə zamanı ona şillə vuran aktrisa 3 gün həbs cəzası alır. 3 günü rahat bir kamerada keçirməsinə baxmayaraq aktirsa kinoparodiyalarda bu hadisəni tez-tez xatırlayırdı.
Həyatının sonlarına yaxın məhkəmə zalları onun sığınacaq yerinə çevrilmişdi. Belə ki, 2005-ci ilin martında Qabor onu əlil arabasına məhkum edən qəzanın iştirakçısı olan sürücüyə qarşı iki milyonluq iddia qaldırır.
Bundan 3 ay sonra isə sonuncu, sayca doqquzuncu əriylə birgə yeni evi alarkən anasından 2 milyon dollar ogurladığına görə yeganə qızı Francesca Hiltona iddia qaldırı.
80 yaşlı aktrisanın həyatında baş verənlər onun sağlamlığından yan ötmür. Beləki , tromboza yaxalanması nəticəsində akrtisanın sağ ayaği dizdən aşağı amputasiya edilir.
Kişilərin və var-dövlət "ovçusu" kimi tanınan Qaborun demək olar ki bütün keçmiş ərləri ona qarşı sədaqətli olublar. Georg Sanders öz xatirələrində keçmiş həyat yoldaşının düzgün qəbul edilmədiyini onun əslində "məsum və təmiz düşüncəli biri" olduğunu qeyd edib.
"O, macəralara, daş-qaşlara və onun marağını çəkəcək digər şeylərə olan marağını gizlətmirdi ", - deyə Sanders yazıb.
"Amerikalı qadınların hamısı qızıl axtarışındadır. Onlara yalnız bir şeyi - kişilərdən necə pul çəkməyi öyrədiblər. Avopalı qadınlar isə sevə biləcəkləri kişini əldə etmək istəyirlər. Onlar sevdiyi insana yemək hazırlmaq və yaxşı həyat yoldaşı olmaq istəyirlər, - deyə söhbətlərin birində Ja Ja özü qeyd edib.
Lakin bir dəfə sevgi, nigah və boşanma barədə fikrilərini söyləyən Qabor belə deyib: "Mən heç vaxt heç bir kişidən onun bağışladığı brilliantları geri qaytaracaq dərəcədə nifrət etməmişəm".