Yapon makakası xallı maralla sekslə məşğul olub

Şəklin mənbəyi, AFP
Yaponiyanın Yakuşima adasında xallı maralla cütləşmək istəyən makaka meymununun arzusu bir neçə cəhddən sonra uğurla nəticələnib.
Alimlər hələ 2015-ci ilin noyabrında, cütləşmə mövsümündə makakanın azı iki maralla cütləşmək istəməsi mənzərəsini müşahidə ediblər.
Bu qeyri adi hərəkət Primates jurnalında dərc edilən tədqiqatdan sonra məlum olub. Makakalar Yaponiyanın qarlı ərazilərində marallarla burun-buruna yaşayırlar.
Bir qədər əvvəl makakaların marallara diqqət yetirdikləri və hətta onların üzərinə cıxaraq gəzdikləri qeyd olunurdu.
Makaka iki dəfə maralla cütləşməyə cəhd göstərib. Marallardan biri cütləşməkdən yayınsa da, ikinci maral makaka ilə yaxınlığa müqavimət göstərməyib.
Cütləşdikdən sonra maral öz bədənini yalamağa başlayıb.
"Marala sahib olan makaka 10 saniyə ərzində 15 seksual hərəkət nümayiş etdirdi"- deyə tədqiqatın müəlliflərindən biri Alexander Bonnefoy qeyd edib.
Alimlərin fikrincə, makakanın bu hərəkətinə səbəb uyğun partnyorun olmaması səbəb olub. Ehtimallar arasında makakanın ilk dəfə cütləşməyi öyrəndiyi və qarşısındakının başqa heyvan olmasını anlamadığı da göstərilib.
Bu, kameralara yaxalanan ikinci hadisədir. 2014-cü ildə Antarktidada suitilərin pinqvinləri cütləşməyə razı salmaq cəhdləri bütün dünyaya yayılmışdı.