Obama qızlarının Ağ Evdə keçirdiyi illər - şəkillərdə

ABŞ-ın "Birinci Qızları" Malia və Sasha Obamanın Ağ evdə keçirdiyi illərə baxış.

Seçki günü, 2008

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Barack Obama prezident seçiləndə Malia Obamanın 10, kiçik bacısı Sasha-nın isə yeddi yaşı vardı.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Andiçmə mərasimində vitse-prezident Joe Biden Sasha ilə söhbətləşirdi.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Onlar Chicago şəhərindəki evlərini tərk edib Washington-a köçdülər. Bu fotoda Sasha bacısını yeni məktəbə çatdırandan sonra maşının pəncərəsindən fotoqraflara baxır.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Az sonra Bo adlı Portuqaliya su iti də ailəyə qoşuldu və ailə ilə birlikdə məşhurlaşdı.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

2010-cu ildə keçirilən Pasxa şənliyi zamanı ABŞ himni çalınanda Barack Obama Sasha-nın əlini ürəyinin üstünə qoyur.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Şükran Günü hindtoyuğunun əfvi - Birinci ailə üçün daha bir ənənədir. Hər il iki hind xoruzu əfv olunur - yəni, bu bəxtəvər hind xoruzları bayram günü şam yeməyinə çevrilmir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Bacılar valideynlərinə qoşularaq Qana, Argentina, Fransa, Çin və Birləşmiş Krallıq kimi ölkələrə səfər edib. Cənubi Afrikaya səfərləri zamanı onlar uşaqlara nağıllar oxuyub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Son 8 ildə görmüşük ki, Barack Obama mahnı oxumağı xoşlayır. Burada Washington məktəbinə baş çəkərkən o, Michelle üçün "Ad günün mübarək" mahnısını oxuyur.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Qızlar adətən tədbirlərə maraq göstərərdilər, amma nə isə bu dəfə yorğun görünürlər.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

2012-ci ildə daha bir seçki keçirildi və Barack Obama yenidən uğur qazandı.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Qızlar atalarının ikinci andiçmə mərasimi zamanı selfie çəkərkən.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Ağ Evdə Milad bayramı ənənələrlə doludur: bayram ağacı at arabasında gətirilir, işıqlar təntənəli şəkildə yandırılır, "Washington-da Milad" konserti zamanı elf kimi geyinən uşaqlarla foto çəkdirilir...

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

2011-ci ildə keçirilən konsertdə isə ailə Justin Bieber kimi ulduzlarla birlikdə mahnılar oxuyub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

2015-ci ilin Hindtoyuğunun Əfvi, Sasha və Malia üçün sonuncusu oldu. Onlar 2016-cı ilin mərasiminə gəlməyəndə Prezident Obama dedi ki, qızlar onun zarafatlarından utanır.