Hamilə Beyonce-nin analığa həsr etdiyi fotoşəkilləri

Beyonce

Şəklin mənbəyi, Beyonce.com

Məşhur ABŞ müğənnisi Beyonce hamiləliklə bağlı anlarını fotosessiyada əks etdirib.

Müsiqiçinin saytında şəkil, klip, qadın iradəsi, analıq və qədim ilayələrə həsr edilən şeir misralarından ibarət videoşou yerləşdirilib.

Belə görünür ki, onu hazırlayanlar nə güc, nə pul, nə də ki, vaxtlarını əsirgəyiblər.

Superulduzun ilk yarıçılpaq şəkli cümə axşamı günü sosial şəbəkələrdə və xüsusilə də İnstagramda rekord vuraraq 15 saat ərzində 7,5 mln. like qazanıb. Onlardan 1,4 milyonu şəklin dərc edilməsindən yarım saat keçmiş verilib.

Çərşənbə günü Beyonce ekiz anası olacağı barədə xəbəri paylaşıb.

Beyonce dünyanın ən uğurlu musiqiçilərindən biridir. O, 20 dəfə Grammy mükafatına layiq görülüb.

Şəklin mənbəyi, Beyonce.com

Şəklin alt yazısı,

Bəzi şəkillərdə Beyonce 5 yaşlı qızı İvy Blue ilə təsvir olunur

Şəklin mənbəyi, Beyonce.com

Şəklin mənbəyi, BEYONCE/INSTAGRAM

Şəklin alt yazısı,

Hamiləlik barədə xəbəri müşayiət edən bu şəkil İnstgram saytında rekord təsis edib