İspaniya: 64 yaşlı qadın əkiz anası olub

Xəstəxana doğuşun video klipini paylaşıb

Şəklin mənbəyi, Recoletas Hospital video screengrab

Şəklin alt yazısı,

Xəstəxana doğuşun video klipini paylaşıb

İspaniyanın şimalında Burqosda 64 yaşlı qadın sağlam əkiz - qız və oğlan dünyaya gətirib.

Doğuş Recoletas xəstəxanasında bu cür nadir hallarda istifadə edilən qeysəriyyə əməliyyatı ilə reallaşıb.

Adı çəkilməyən qadın ABŞ-da sonsuzluğa qarşı müalicə edilib, İspaniya mediası yazır.

Xəstəxana doğuşun video klipi yerləşdirib.

Bu qadın 2012-ci ildə qız uşağı dünyaya gətirib, hərçənd ki uşaq sonradan rifah problemləri fonunda sosial xidmətlər tərəfindən götürülüb.

Sosial işçilər uşağın təcrid olunmuş, pis geyimli və pis gigiyenik qaydalar şəraitində böyüdüldüyünü bildiriblər.

Əkizlərlə bağlı heç bir qərar veriləməyib.

Xəstəxana ana və uşaqların sağlamlıq durumlarını yaxşı kimi qiymətləndirib. Oğlan çəkisi 2.4 kq, qızınkı isə 2.2 kq-dır.

Şəklin mənbəyi, Recoletas Hospital video screengrab

Şəklin alt yazısı,

Əkizlərdəm biri doğulduqdan sonra videoya çəkilib