Sizinlə eyni şeylərə nifrət edən sevgili tapma proqramı

  • Redaksiya
  • BBC Mundo
pareja discutiendo

Şəklin mənbəyi, Thinkstock

Şəklin alt yazısı,

Deyirlər ki, sevgidən nifrətə yalnız bir addım var... Və bu tətbiqetmə proqramı, deyilənləri sınamaq istəyir

Qlütenli qidaları sevmirsiniz? Shakira-nın musiqilərini xoşlamırsınız? Qorxulu kinolara nifrət edirsiniz? Küçədə asta yeriyən insanlar canınızı sıxır?

Yəqin ki, dünyada sizin kimi eyni şeyləri bəyənməyən insanlar çoxdur.

Bunun əsasında yaradılan Hater (ingilis dilindən tərcümədə nifrət edən deməkdir), proqramı vasitəsilə sevgilini üstünlük və ya hobbinin əsas götürüldüyü şeylər əsasında deyil, ümumi nifrət edilən şeylərə uyğun tapırsan.

Onun qurucusu gənc amerikalı Brendan Alper, Behind The App internet səhifəsinə bildirib ki, beş il böyük maliyyə şirkəti olan Goldman Sachs-da işləyib.

Şəklin mənbəyi, Hater

Şəklin alt yazısı,

Hater, istifadəçilər arasında, tərəflərin ikrahla yanaşdığı ümumi şeylər əsasında uyğunluq yaradır

Proqram əvvəlcə bir zarafat kimi başlayır və sonra ideya formalaşır. Alper, qarşılıqlı antipatiya bəslənən şeylərin yar tapmaq üçün işə yarayacağını anlayır.

"Mən bir az araşdırma apardım və eyni şeyə nifrətin insanları yaxınlaşdırdığı və eləcə də, sevdiyin şeyi söyləməkdənsə, xoşalmadığın şeyi söyləməyin daha asan və səmimi olduğu ilə bağlı tədqiqatlara rast gəldim," o izah edir.

"Hazırda kişilərin ən çox nifrət etdiyi şeylərə, ilk öncə ABŞ 2016 prezident kampaniyası, sonra pis davranan piyadalar və üçüncüsü duş kanalizasiya borusunda yığılan tüklər daxildir," Alper BBC-ə deyib.

Biznesmenə görə, qadınların ən çox nifrət etdiyi ilk iki şey kişilərinki ilə üst-üstə düşür, lakin üçüncü yerdə kobud tiplər dayanır.

Şəklin mənbəyi, Thinkstock

Şəklin alt yazısı,

Keşniş, bu ilki ABŞ prezident seçkiləri və ya pis küçələr, istifadəçilər arasında ən məşhur mövzulardır

Digər populyar mövzulara, ağcaqanadlar, işdəki tərəf müqabilləri ilə dostluq, pis sürücülər və yüksək kirayə haqları daxildir.

Alper deyir ki, özünün elə də zəhləsi getdiyi bir şey yoxdur, lakin boynuna alır ki, "nədənsə" ayaqqabılarının bağlarını bağlamağa nifrət edir.

"Bu məni narahat edir və daha çox Velcro ayaqqabılar geyinmək istəsəm də, sevgilim bunu bir o qədər də bəyənmir," o etiraf edir.

"Sevmədiyim başqa şeylər də var," o əlavə edir, "məsələn, qış fəsli, metrolardakı gecikmələr və ya sürətlə yeriyim deyə məni itələyən insanlar (asta yeriməyi xoşlayıram)."

Hər bir halda, Alper özünü, yaratdığı proqram üçün uyğun insan saymır, çünki, nifrət etdiyi şeylərə görə radikal olmaq fikrini bəyənmir.

Yalnız ingiliscə

Proqram pulsuzdur və fevralın 8-dən iOS üçün İTunes-a yerləşdirilib və gələn aylarda Android üçün də istifadəyə veriləcək.

"Çox maraqlıdır və onun sayəsində bir neçə əla insanla tanış olmuşam," istifadəçilərdən biri deyib. Digəri isə, Snapchat kimi ondan da ilk əvvəl istifadə etməkdə çətinlik çəkdiyini söyləyib.

Şəklin mənbəyi, Thinkstock

Şəklin alt yazısı,

Proqramın yaradıcısı Brendan Alper, sevdiyin şeyi söyləməkdənsə, xoşalmadığın şeyi söyləməyin daha səmimi olduğunu deyir

"Yaxşı ideyadır, lakin yalnız ingiliscədir və Facebook hesabın olmalıdır," başqa bir ispan istifadəçi söyləyib.

Hater, istifadəçilərə yaxınlıqdakı potensial nümayəndələri tapa bilmək üçün GPS sistemi ilə işləyir və Tinder kimi tanışlıq proqramlarındakı şəkildə, anonim olaraq qəbul və ya rədd etmə imkanı yaradır.

Uyğunluq faizi, hər bir kəsin ayrılıqda sevmədiyi şeylər əsasında ölçülür və istifadəçilərin sayı artdıqca, antipatiya növləri artacaq.

Bəs nifrətli danışıq? Bəziləri proqramdan irqçi, ksenofob və ya ayrı seçkilik mesajlarını çatdırmaq üçün istifadə edə bilər.

"Biz, xüsusi olaraq, irq, din və ya bədən quruluşu ilə bağlı nifrət və fanatizmə qarşı tolerant davranmayacağıq," proqramın yaradıcıları yazır.

"Komandamız məsələlərə diqqətlə yanaşır və xidmətlərimizə qarşı təhqirə yol verənləri dərhal əngəlləmək kimi bir siyasətimiz mövcuddur."

Tanışlıq proqramları... fərq

Hater, internet axtarış biznesində yeganə yenilikçi və ya orijinal proqram deyil.

Şəklin mənbəyi, Hater

Məsələn, Bristlr üzdəki tükü sevənlər üçün hazırlanıb. Maple Match isə, kanadalılarla münasibət qurmaq istəyələr üçün təsis edilib. Və ən maraqlılardan biri Sizzl, donuz əti sevənləri birləşdirir.

Bundan başqa, HiDine proqramı, hər zaman hesabı ödəyən kişiləri sevən qadınlar üçündür.

Zövqlər müxtəlifdir. Bəzən isə kiminsə nifrət etdiyi bir şeydən asılı olur.