"Papaq qeyrətdir" - Şəki papaqçısının
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Şəkidə papaqçılıqla məşğul olan Adil Kərimov sənəti barədə danışır

Papaqçı Adil Kərimov 24 ildir Şəkidə bu sənətlə məşğuldur.

Deyir ki, müştəriləri həm yerli camaat, həm tə turistlərdir və onlar milli papaqlar və rəqs papaqları ilə maraqlanır.

Tikdiyi papaqları belə adlandırır: "molla papaqları", "bəy papaqları", "çoban papaqları", "rəqs papaqları".

Bir papağı 2 və ya 3 günə, yaxud 1 həftəyə tikdiyini deyir. Dediyinə görə həftə ərzində 5-6 papaq tikir, sifariş çox olanda bu say daha da artır.

Papaqların qiyməti 25 AZN-dən başlayır. Onun hazırladığı ən bahalı papaq 350 manata başa gələ bilər. Deyir ki, bu qiymətin səbəbi, bəzi papaqların hazırlandığı dərilərin xaricdən gətirildiyi və baha olmasıdır.

"Elə papaq var 2 cür dəridən hazırlanır”, o qeyd edir.

BBC Azərbaycanca müxbiri Günel Səfərin Şəki şəhərində çəkdiyi video.

Əlaqəli mövzular