Zehni məşqlər: ayı hansı rəngdədir?

Siz bizim bu günkü tapmacamızı tapa bilərsiniz?

Bu tapmaca o qədər də çətin deyil, lakin siz buna cavab vermək üçün nə dərəcədə tez düşünürsünüz?

Uğurlar!

Медведи Fotonun müəllifi Getty Images

Tapmaca 6

Siz tapşırıq arxasınca getmisiniz. 5 km cənuba, sonra 5 km qərbə, daha sonra 5 km şimala doğru getmisiniz və sonda yolunuzun ilk başladığı yerə gəlib çıxmısınız.

Səyahət zamanı siz ayı görmüsünüz. Ayı hansı rəngdə olub?

Cavab

Ağ.

Yer üzündə 5 km cənuba, 5 km qərbə və 5 km şimala getdikdən sonra gəlib çatdığınız yer, səfərinizin başladığı yer ancaq Şimal qütbüdür. Şimal qütbündə isə yalnız qütb ayıları yaşayır və onlar ağ rəngdədirlər.

Bu tapmaca ingilis yazarı Lauren Child-ın kitablarının qəhrəmanı, vunderkind-qız Ruby Redfort-un daxil olduğu Spectrum Secret Agency məxfi agentliyinin qəbul imtahanından götürülüb. Ətraflı Today Programme saytında.

Bu barədə daha geniş