Zehni məşqlər: düşmən bazasına necə daxil olmalı?

Zehni gimnastika ilə məşğul olmaq istəyirsinizsə bizim yeni tapmacanı tapın.

Uğurlar!

Şəklin mənbəyi, Getty Images

Tapmaca 8

Siz düşmən raket bazasının girişini müşahidə edərək ora necə daxil olmağı anlamağa cəhd göstərirsiniz. Girişdə bir alim görünür.

Mühafizəçi ondan soruşur: "On iki?" Alim cavabında "Beş" deyir və onu içəri buraxırlar. Daha sonra ikinci alim gəlir. Bu dəfə mühafizəçi soruşur: "Səkkiz?" İkinci alim cavab verir: "Altı" və onu da içəri buraxırlar.

Burada sizə elə gəlir ki, siz məxfi şifrəni tapmısınız!

Siz qapıya yaxınlaşırsınız və mühafizəçi sizdən soruşur: "Beş?" Siz ona "Yeddi" cavabını verəndə mühafizəçi niyə həyacan siqnalını qaldırdı?

Cavab

Siz ona "Üç" cavabını verməli idiniz. Çünki "Beş" sözündə hərflərin sayı "üçdür".

Bu tapmaca ingilis yazarı Lauren Child-ın vunderkind-qız Ruby Redfort barədə kitabından götürülüb. Ətraflı Today Programme.