Zehni məşqlər: hər şey toplardan asılıdır

Bizim yeni tapmacamızı tapmağa cəhd edin. Ancaq diqqətli olun ki, toplar rolikin arxasınca getməsinlər!

Uğurlar arzulayırıq!

Fotonun müəllifi Getty Images

Tapmaca 10

Sizi ölüm hökmünə məhkum ediblər və siz həbsxanadasınız.

Sizin nəzarətçi sadə oyunu oynamaqla sizə yaşamaq şansı verməyi təklif edir.

O, sizə 50 ədəd ağ top, 50 ədəd qara top və iki ədəd boş səbət verir.

Sonra o deyir: "Bu 100 topu iki səbətə yerləşdir. Onları necə istəyirsən böl, lakin bütün toplardan istifadə etmək lazımdır".

"Bundan sonra mən sənin gözlərini bağlayacam və səbətləri hərəkət etdirəcəm. Sonra sən bu səbətlərdən birini seçəcəksən və bu səbətdən bir top götürəcəksən. Əgər top ağ rəngdə olarsa, sən yaşayacaqsan, yox əgər top qara rəngdə olarsa sən öləcəksən ".

Beləliklə, siz topları necə bölməlisiniz ki, ağ topu seçmək ehtimalı daha yüksək olsun?

Cavab

Ağ topun birini bir səbətə qoyun, qalan digər 49 ağ topu və 50 qara topu digər səbətə yerləşdirin.

Beləliklə, siz 50 faiz ehtimalla sizin həyatınızı xilas edəcək bir ağ top olan səbəti seçmək ümidilə oyuna başlayırsınız.

Hətta digər səbəti belə seçsəniz sizin oradakı 49 ağ topdan birini seçmək ehtimalınız 50 faizdir.

Tapmaca Rosetta Stone şirkətinin Fit Brains bölməsi tərəfindən təqdim edilib.

Bu barədə daha geniş