Zehni məşqlər: kim 3 dildə danışır?

Növbəti tapmacanı sizə təqdim edirik. Təsəvvür edin ki, siz poliqlotlar arasında bayram tədbirindəsiniz...

Uğurlar arzulayırıq!

Fotonun müəllifi Getty Images

Tapmaca 13

Bayram tədbirində iştirak edən 100 nəfərdən 90-ı ispanca, 80-i italyanca, 75-i isə Çin dilində danışır.

Ən azı onlardan neçəsi 3 dildə danışır?

Cavab

45.

Qonaqlardan 10 nəfəri ispanca, 20 nəfəri italyanca və 25 nəfəri Çin dilində danışmır.

Ona görə də iki dildə danışanların maksimum sayı 25-dir. Bu isə 3 dildə danışanların sayını artırır.

Lakin bizim sualda "ən azı" sözü vardı. Beləliklə, biz ehtimal edə bilərik ki, bütün bu 10, 20 və 25 nəfərin hamısı müxtəlif adamlardır.

Nəzərə alsaq ki, 55 nəfər bu dillərdən birində danışa bilmir, onda qalan 45 nəfər 3 dildə danışa bilir.

Tapmacanın mənbəyi: sharpbrains.com. saytıdır.

Digər tapmacaları burada tapa bilərsiniz. Uğurlar!

Bu barədə daha geniş