Zehni məşqlər: məhbusun papağı nə rəngdədir?

Bizim yeni tapmaca həbsxana və həbsxana geyimi haqdadır. Narahat olmayın, bu sadəcə təsəvvür edilən bir vəziyyətdir.

Uğurlar!

Tapmaca 14

Siz Barry və Albertlə birgə həbsxanadasınız. Siz üçünüz də növbədə dayanmısınız və irəli baxırsınız.

Siz irəlidə, Barry sizin arxanızda, Albert isə Barry-nin arxasında dayanıb. Mühafizəçinin 3 qara və 2 ağ papağı var.

O, bəxtəbəxt papaqları sizin hər birinizin başına geydirir. Albert sizin papağınızı və Barry-nin papağını görür. Barry sizin papağınızı görür.

Lakin siz onlardan heç birini görmürsünüz. Sizlərdən heç biriniz bilmir ki, onun başındakı papaq hansı rəngdədir. Mühafizəçi deyir: "Əgər kimsə 100 faiz əminliklə digərlərinin papağının rəngini xatırlatmadan sizin papağınızın rəngini mənə desə, üçünüz də azadlığa çıxacaqsınız "

İlk olaraq Albertdən soruşur. Albert çox düzgün və ağıllı adamdır, lakin o belə deyir: "Mən bilmirəm, bunu dəqiq bilmək mümkün deyil ".

Sonra mühafizəçi Barry-yə müraciət edir. Barry də ağıllıdır və səmərəli insandır, amma o da cavab verə bilmir.

O zaman mühafizəçi sizə yaxınlaşır və siz 100 faiz əminliklə papağınızın rəngini ona söyləyirsiniz.

Mühafizəçinin çıxış yolu qalmır və o sizi azadlığa buraxır.

Sizin papağınız hansı rəngdə idi və siz bunu necə müəyyən etdiniz?

Cavabı görmək üçün bura basın

Cavab

Sizin başınızda qara rəngli papaq var.

Tapmacanı tapmaq üçün siz digərlərinin görə bilmədiyi barədə düşünməlisiniz.

Albert iki ağ papağı görə bilməyib, yoxsa o dəqiq bilərdi ki, onun başındakı papaq qaradır.

Ya da ki, Albert ağ və qara papağı, ya da iki qara papağı görüb. Ona görə də o, papağının hansı rəngdə olmasından əmin ola bilməzdi.

Albertə qulaq asıb və onun iki ağ papağı görmədiyini öyrənən zaman Barry papağının hansı rəngdə olduğunu dəqiq deyə bilərdi, əgər qarşısında ağ papağı görsəydi(təbii k, onun papağı qara olardı).

Lakin Barry əminlik nümayiş etdirmədi və siz cavab verdiniz ki sizin papaq qaradır.

Tapmaca Fit Brains şirkəti tərəfindən hazırlanıb.

Digər tapmacaları burada tapa bilərsiniz. Uğurlar!

Bu barədə daha geniş